Accessibility links

Mehman Qələndərovun anım günü [Video]


Mehman Qələndərovu anım günü
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Mehman Qələndərovun anım günü

Bloger həbsxanada müəmmalı şəraitdə dünyasını dəyişib

Mayın 13-də Bakının Xətai rayonunda “Xəyalə” mərasim zalında bloger Mehman Qələndərovun anım mərasimi keçirilib.

Bloger aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında (Kürdəxanı təcridxanası) müəmmalı şəraitdə dünyasını dəyişib.

Mehman Qələndərovun anım mərasimi
Mehman Qələndərovun anım mərasimi

Mərasimdə çoxsaylı jurnalistlər, blogerlər, vətəndaş cəmiyyətinin nümayəndələri, ziyalılar, siyasi partiya rəhbərləri, ictimai xadimlər iştirak edib.

Mərhumun ruhuna dualar oxunub.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, demokratik ictimaiyyət hakimiyyətin Mehman Qələndərovun ölüm faktını ört-basdır etməsinə imkan verməyib.

Vətəndaş fəallarının etirazları və KİV-də dərc edilən yazıların sayəsində məsələ genişləndi, həm də təkcə Azərbaycanda yox, bütün dünyada.

ABŞ Dövlət Departamenti və digər beynəlxalq təşkilatların nümayəndələri hakimiyyəti M.Qələndərovun ölüm işinin araşdırılmasına çağıran xüsusi bəyanatlarla çıxış etdilər.

Mehman Qələndərovun anım mərasimi
Mehman Qələndərovun anım mərasimi

“Biz Mehman Qələndərovun ölümünün səbəblərinin araşdırılması, onu həbs edənlərin və işgəncə verənlərin məsuliyyətə cəlb olunması üçün səylərimizi davam etdirəcəyik. Mehman siyasi məhbus idi, çünki onun həbsinə vicdan məhbusları Bayram Məmmədov və Qiyas İbrahimovla həmrəyliyi səbəb olmuşdu”, O.Gülalıyev qeyd edib.

Sonda məhrumun xatirəsinə ehsan verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG