Accessibility links

Moody's beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı haqqında...


Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası iqtisadiyyatın bərpasını zəiflədə bilər

“Azərbaycan hökumətinin problemli Beynəlxalq Bankla bağlı taktikanı dəyişməsi bizə sürpriz oldu...”

Bu sözləri “Moody's” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Petr Pakhlin mayın 25-da “Moody's”ın Azərbaycanla bağlı illik toplantısında (“Moody`s Annual Azerbaijan Summit) deyib.

O, vurğulayıb ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası iqtisadiyyatın bərpasını zəiflədə bilər.

“Bank sektorunda manat likvidliyi çatışmazlığı mövcuddur. Bu isə kreditləşməni məhdudlaşdırır. Belə ki, dollarla kreditləşməyə maraq olduqca aşağı səviyyədədir”, - deyə o bildirib.

Petr Pakhlin manatın devalvasiyası ilə bağlı siyasətin də düzgün olmamasına işarə edib.

“Mərkəzi Bank milli valyutanın devalvasiyasını gecikdirmişdi. Ölkənin qonşuları, eləcə də əsas ticarət partnyorları bunu zamanında edə bildilər. Azərbaycan monetar siyasətin sərtləşdirilməsinə 2016-cı ilin payızında başlamışdı. Bu, xeyli gecikmiş addım idi”, o vurğulayıb.

Gələcək iqtisadi göstəricilərlə bağlı gözləntilərə gəlincə, “Moody’s” təmsilçisi neftin qiymətlərinin önəmli olduğunu ifadə edib.

“Baha neft Azərbaycan iqtisadiyyatının bərpasına təkan verə bilər. Son hesablamalarımıza görə, gələn il Azərbaycan iqtisadiyyatı 1 faiz daha geriləyəcək. Ondan sonrakı ildə ümumdaxili məhsulun 1,8 faiz artacağını proqnoz edirik”, deyən ekspert bundan ötrü neftin qiymətinin 50 dolların üstündə olmasının şərt olduğunu da ifadə edib.

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Verilən məlumata görə, ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

İki gün əvvəl, yanvarın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedir.

ABB-nin kreditorlarının təklif edilən plandan narazı qaldığı bildirilir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG