Accessibility links

Əli Kərimli: Gözəl xanımın qanunsuz həbsi bizi sarsıtmadı, əksinə səfərbər etdi [Audio-müsahibə]


Əli Kərimli

AXCP sədri Əli Kərimlinin Amerikanın Səsinə müsahibəsi

"Gözəl Bayramlıya qarşı ittham sifarişlidir. Siyasi hakimiyyət tərəfindən sifariş olunub. Necə olur axı, bu ölkədən 48 milyard oğurlayıb aparanlar çantasında 12 min olanı həbs edirlər ?"

Bu fikirləri Amerikanın Səsinə müsahibəsində AXCP sədri Əli Kərimli bildirib.

Əli Kərimli hesab edir ki, AXCP sədrinin müavini Gözəl Bayramlının çantasına Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları 12 min dollar qoyub.

“Bu nə rüsvayçılıqdır! Bu ölkədə nələr baş verir ? Bu, bütövlükdə Azərbaycan cəmiyyətinə meydan oxumaqdır. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti də adekvat cavab verməlidir. Səfərbər olmalıdır. Cəmiyyət hakimiyyətə belə bir mesaj verməlidir ki, Gözəl xanımın bu qanunsuz həbsi bizi sarsıtmadı, əksinə səfərbər elədi. Hal-hazırda bunu etmək lazımdır”, deyə o bildirib.

Gözəl Bayramlının müdafiəsi üçün atılacaq adıımlara gəldikdə isə Ə Kərimli hazırda prosesə vəkillərin qoşulacağını deyib.

Gözəl Bayramlı
Gözəl Bayramlı

“Baş verənləri dünya ictimaiyyətinə çatdıracağıq. Ən əsası müxalifət daxilində, sosial şəbəkələrdə daxilində bu həbs sarsıntı yaratmasın. Ruh düşkünlüyü yaratmasın. İnsanlarımız daha böyük şövqlə, daha qətiyyətlə mübarizəyə çalışsınlar. Gözəl xanıma edilən bu qanunsuz hərəkət yalnız Gözəl xanımın şəxsinə, Milli Şuraya qarşı təzyiq deyil, bütünlükdə Azərbaycan cəmiyyətinə olan bir təzyiqdir və hamı buradan öz payını götürməlidir. Hamı başa düşməlidir ki, biz bu prosesi elliklə, birgə səylərimizlə durdura bilərik. Vətəndaş mövqeyimizi ortaya qoymaqla durdura bilərik", deyə Ə.Kərimli əlavə edib.

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının saxlanması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 25-i G.Bayramlı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanıb:

«G.Bayramlı özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb".

Məlumatda vurğulanır ki, ilkin araşdırmalarla mayın 24-də Azərbaycandan Gürcüstana gedərkən onun üzərində bəyan edilməli olan nağd pul vəsaiti müəyyən edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG