Accessibility links

Gözəl Bayramlı ev dustaqlığına buraxılmayıb [Video]


Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Gözəl Bayramlı ev dustaqlığına buraxılmayıb

Vəkil Səbael rayon Məhkəməsinin qərarından şikayət verəcək

İyunun 1-də Bakının Səbael rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Bunu qapalı keçirilən prosesdən sonra G.Bayramlının vəkili Zübeydə Sadıqova jurnalistlərə bildirib.

Zübeydə Sadıqova
Zübeydə Sadıqova

Z.Sadıqovanın sözlərinə görə, prosesdə G.Bayramlı ilə bağlı həbs-qətimkan tədbirinin ev dustaqlığı, girov müqabilində ev dustaqlığı qətimkan təıdiri ilə əvəz olunması barəsində vəsatətlər qaldırıb. O, vəsatəti dövlət başçısı İlham Əliyevin cəzanın humanistləşdirilməsi ilə bağlı imzaladığı sərəncamla əsaslandırıb.

"Mən bildirdim ki, G.Bayramlı ev dustaqlığına buraxılsa, istintaqdan qaçmayacaq, çağırışlara daim gələcək. Amma Dövlət Sərhəd Xidmətinin müstəntiqləri vəsatəti dəstəkləmədilər və hakim Rauf Əhmədov da vəsatəti təmin etmədi", vəkil qeyd edib.

Z.Sadıqova Səbael rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Mayın 25-də AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-da Səbael rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun əşyaları arasına atıb və həbsi siyasi xarakter daşıyır.

AXCP sədri Əli Kərimli G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirib. Ə.Kərimli vurğulayıb ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

XS
SM
MD
LG