Accessibility links

Novella Cəfəroğlu: Gözəl Bayramlı və Əfqan Muxtarlının tutulması absurddur [Video-müsahibə]


Novella Cəfəroğlu: Gözəl Bayramlı və Əfqan Muxtarlının tutulması absurddur
please wait

No media source currently available

0:00 0:08:07 0:00

Hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində son həbslər və insan hüquqlarının durumundan danışıb

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində AXCP sədrinin müavini Gözəl Bayramlının, jurnalist Əfqan Muxtarlının həbsi, ölkədə insan haqlrının durumundan danışıb.

Amerikanın Səsi: AXCP sədrinin müavini Gözəl Bayramlının həbsinə münasibətiniz necədir?

Bu gün Gözəl Bayramlının tutulması heç də Azərbaycana baş ucalığı gətirmirəyəcək.

Novella Cəfəroğlu: Gözəl Bayramlını çoxdan tanıyıram. Biz bir yerdə bu dövlətin qurucularındanıq. Yəni, Gözəl Bayramlı ilə bir yerdə Xalq Cəbhəsində olmuşuq. Bu gün Gözəl Bayramlının tutulması heç də Azərbaycana baş ucalığı gətirmirəyəcək. Çünki, bu günləri bunlar görüblər ki, qadın həbs olunanda bütün dünya onun müdafiəsinə qalxır. Necə ki, Leylanın (hüquq müdafiəçisi Leyla Yunus-red), Xədicənin (jurnalist Xədicə İsmayıl-red) həbsindən sonra belə oldu. Yəni, məcbur olub, sonra da həbsdən buraxdılar. Gözəl Bayramlı heç bir qəbahət görməyib. Onun tutulmasına heç bir əsas yoxdur. Bu günləri prezidentin sərəncamı var. O sərəncamla bu xırda məsələlər gərək yerində həll olunsun. Gözəl Bayramlını, yəni artıq pul götürdüyü üçün, prezidentin həmin sərəncamı ilə sadəcə ştraf (cərimə) edə bilərdilər. Deməli, bəzi məmurlar prezidentin sərəncamına da fikir vermirlər. Mənim dediyim budur.

Amerikanın Səsi: Son illər qadın aktivistlərin həbsi çoxalıb. Leyla Yunus, araşdırmaçı jurnalist Xədicə İsmayıl və Gözəl Bayramlı. Sizcə bunun səbəbi nədir?

Yenidən Azərbaycana “siyasi məhbus” lazım deyil. Onun üçün də, bütün dövlət strukturlarından Gözəl Bayramlının tezliklə həbsdən buraxılmasını xahiş edirik.

Novella Cəfəroğlu: Səbəbləri, bunlar ayrı-ayrı müstəvidədirlər. Leyla xanım ayrı məsələ üstündə tutulub, Xədicə ayrı məsələ üstündə tutulub. Gözəlin tutulması absurddur. Allah bilir, mən nə qədər Leyla və Xədicə üçün, onların buraxılması üçün mübarizə aparmışam. Sağ olsunlar beynəlxalq təşkilatlar, çox təzyiq göstərdilər. Amma yenə də axır sözü hökumət dedi. Həm Leylanın, həm də Xədicənin barəsində hökumətlə danışıqlara biz getmişik. Bu günlər də Gözəl Bayramlının barəsində birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevaya məktub yazmışıq. Çalışırıq görüş alaq, çalışırıq ki, bu işlə məşğul olan strukturlarla görüşək ki, Gözəl Bayramlını həbsdən azad etsinlər. Yenə də deyirəm, Gözəl Bayramlının həbsi Azərbaycana baş ucalığı gətirmir. Bu günləri Azərbaycanda insan haqlarının vəziyyəti elədir ki, bunu hamı bizə irad tutur. Yenidən Azərbaycana “siyasi məhbus” lazım deyil. Onun üçün də, bütün dövlət strukturlarından Gözəl Bayramlının tezliklə həbsdən buraxılmasını xahiş edirik.

Amerikanın Səsi: Əvvəllər hüquq müdafiə təşkilatları həbslərdən sonra bəyanatlar verərdi, ictimai müdafiə komitələri təşkil edərdi, hökumətə, beynəlxalq ictimaiyyətə müraciətlər qəbul edərdi. Son illər bu təcrübə də sanki ortadan qalxıb. Bunun səbəbləri nədir?

Onlar bizim işimizdən narazı idilər. İnidi biz buraxmışıq işləri onların öhdəsinə, qoy onlar etsinlər.

Novella Cəfəroğlu: Deyim sizə, çoxlu hüquq müdafiə komitələri yaranıb. Biz qocalara bunlar, olmayan çirkab atdılar, olmayan sözlər dedilər. Bunun hamısını biz edirdik. Biz gedirdik həbsxanaların qabağına, biz gedirdik polis idarələrinin qabağına. Bizim haqqımızda o qədər söz dedilər, biz dedik ki, cavanlar gəliblər, qoy aktivləşsinlər, aktiv işləsinlər, özlərini aktiv göstərsinlər. Bax, bunun səbəbi odur. Biz pulsuz işləyirdik. Bizim monitorinq qrupu, bizim vaxtımızda olan insan haqları komitələri pul almırdılar. Heç biri hüquq müdafiə işinə görə bir manat da pul (söhbət qrantlardan gedir-red) almırdı. Amma indi pulla işləyənlər, qoy komitə yaratsınlar. Biz öz işimizi görürük. Biz siyasi məhbusların arxasınca gedirik, səssiz-səmirsiz məktub da yazırıq, bəyanat da veririk, qəzetdə də çıxış edirik, öz sözlərimizi də deyirik, səfriliklərə də gedirik. Amma özümüz edirik, öz işimizi sadəcə səssiz edirik. Amma o pul alanlar qoy komitə düzəltsinlər, qoy komitə yaratsınlar. Onlar bizim işimizdən narazı idilər. İnidi biz buraxmışıq işləri onların öhdəsinə, qoy onlar etsinlər.

Amerikanın Səsi: Ölkədə insan hüquqlarının hazırki durmunu necə qiymətləndirirsiniz? Jurnalist Əfqan Muxtarlı da həbs edildi. Tendensiya necədir?

Əfqan Muxtarlının həbsinin səbəbi hesab edirəm ki, dövlətdə olan hərc-mərcilikdir. Rulsarrın misalı var, - “nə qədər pis olsa, bir o qədər yaxşıdır”.

Novella Cəfəroğlu: Mən hesab edirəm ki, bu vəhşilikdir. Mən yenə də deyirəm, prezidentin sərəncamına laqeyd olan məmurların işidir. Yəni, prezident sərəncam verib. Həbs edisiniz-edin, nəyin üstündə, nə üçün? Bu insanı tutmaqla nə ittiham deyəcəksiniz? Bunun səbəbi hesab edirəm ki, dövlətdə olan hərc-mərcilikdir. Rulsarrın misalı var, - “nə qədər pis olsa, bir o qədər yaxşıdır”. Əfqan belə bir böyük fiqur deyil, belə bir böyük jurnalist deyil, deyim ki, onu tutub, gətiriblər Azərbaycana. Bu Azərbaycana ləkə gətirən bir hərəkətdir. Ancaq bunu deyə bilərəm.

Amerikanın Səsi: Hazırda insan hüquqlarının vəziyyəti necədir?

Azərbaycanda insan haqları doğrudan da indi biz istədiyimiz vəziyyətdə deyil.

Novella Cəfəroğlu: İnsan haqları indi daha kəskindir. Yəni, mən hələ siyasi məhbusları demirəm. Bizə gələn ərizələrdən deyirəm. Məsələn, qadın haqlarından danışım. Bizə hər ay qadınların haqlarının pozulması (hökumət tərəfindən, məhkəmə tərəfindən) ilə bağlı 6-7 ərizə daxil olur. Şikayət veririk və məhkəmədə qarşı tərəfi uduruq. Amma, nə əzabla bu başa gəlir? Çünki, qanunlarda boşluqlar var. Azərbaycanda insan haqları doğrudan da indi biz istədiyimiz vəziyyətdə deyil. Bundan qabaq daha çox insanın həbsdən buraxılmasına nail ola bilirdik, daha çox insanlarla görüşə, danışa (söhbət həbs yerlərindən gedir-red) bilirdik. Bir çox hallarda insanların məhkəmyə düşməməsinə nail olurduq. Digər insansiyalarla işi həll edib, insanı məhkəməyədək həbsdən buraxdırırdıq. İndi bizim üçün çətindir.

Amerikanın Səsi: Çıxış yolunu nədə görürsünüz?

Çatdırmalıyıq ki, nə qədər siz insanları çox əzəcəksinizsə, o qədər çox Azərbaycana təzyiqlər olacaq. Azərbaycanda bu məsələləri özümüz həll etməliyik, Azərbaycan naminə.

Novella Cəfəroğlu: Çıxış yolumuz odur ki, biz başa düşdük ki, insan haqları ilə bağlı bütün məsələləri öz daxilimizdə həll etməliyik. Yəni Azərbaycanda. Sözsüz, beynəlxalq təşkilatlar lazımdır. Beynəlıxalq təşkilatların deməsi vacibdir. Amma, axır söz Azərbaycandadır. Yəni, bütün məsələləri ancaq Azərbaycanda həll etməliyik, Azərbaycanda dialoqa getməliyik, Azərbaycanda danışmalıyıq, Azərbaycanda bu məsələləri həll etməliyik. Çatdırmalıyıq ki, nə qədər siz insanları çox əzəcəksinizsə, o qədər çox Azərbaycana təzyiqlər olacaq. Azərbaycanda bu məsələləri özümüz həll etməliyik, Azərbaycan naminə.

XS
SM
MD
LG