Accessibility links

Milli Şuranın sədri gömrük yoxlamasına məruz qalıb [Cəmil Həsənli ilə müsahibə]


O ilk dəfə belə halla rastlaşdırğını bildirib

Mayın 7-də Milli Şuranın sədri Cəmil Həsənli Çindən qayıdarkən Bakı hava limanında gömrük yoxlamasına məruz qalıb.

Milli Şuranın sədri Cəmil Həsənlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:00 0:00

Milli Şuranın sədri Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu, ölkədə müxalifətə qarşı repressiya və ayrı-seçkilik siyasətinin tərkib hissəsidir. O, Bakı hava limanında ilk dəfə belə yoxlamaya məruz qaldığını deyib.

“İlk dəfədir gömrük yoxlamasına məruz qalıram. Mən hava limanını tərk edəndən sonra arxadan çağırdılar ki, gömrük yoxlamasından keçməlisən. Görünür kimsə mənim kim olduğumu deyib və gömrük yoxlaması keçirilməsinin vacibliyini xatırladıb”.

Cəmil Həsənli deyib ki, 330 nəfərlik təyyarədə yalnız onun əşyalarına baxış keçirilib.

"Təyyarənin yarıdan çoxunun iş adamı, biznesmen olduğu halda, yalnız məni yoxlayırdılar. Məndən nə gətirdiyimi, xüsusilə üstümdə nə qədər valyutanın olmasını soruşdular. Sonra bəyan ediləsi nəsə olub-olmadığını sual etdilər. Bir çamadanım və iki əl yükümün olduğunu dedim. Dəfələrlə soruşduqları üçün üstümdəki valyutanın rəsmiləşdirilməsini istədim və sənədləşdirildi. Ancaq sənədin surətini vermək istəmirdilər, bir neçə dəqiqəlik mübahisədən sonra sənədi ala bildim”.

Cəmil Həsənli son günlər Azərbaycanın sərhəd-keçid məntəqəsində yoxlanan ilk siyasətçi deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG