Accessibility links

Müxalifət liderləri baş prokurora cavab verib (Müxtəlif mövqelər)


Zakir Qaralov: Bu qurumların maliyyə mənbələrinin geniş şəkildə yoxlanılmasının vaxtı çatıb

Azərbaycanın baş prokuroru Zakir Qaralov iyunun 6-da müxalifət partiyaları və QHT-lərin maliyyə və qanunvericilik pozuntuları faktlarından danışıb.

“Uzun illər özünü müxalifət adlandıran, amma dövlət qeydiyyatından keçməyən siyasi partiyalar, habelə QHT-lər qanunvericiliyin tələblərini pozublar, xüsusən, maliyyə şəffaflığı məsələsində.

Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov

Biz onların qanuna riayət etməsi üçün ciddi tədbirlər görmək məcburiyyətində qaldıq”, baş prokuror jurnalistlərə bildirib.

Onun sözlərinə görə, partiyalar Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı, QHT-lər isə Maliyyə Nazirliyinə qrantlar haqqında məlumat verməlidirlər.

Qaralov bildirib ki, Azərbaycan qanunvericiliyi “təkmilləşdirilib”, buna görə onlar ölkə daxilində vəsait əldə edə bilmirlər.

“Buna görə onlar başqa ölkələrdə hesablar açırlar ki, bu, qanunsuzdur”, o qeyd edib.

Daha sonra Qaralov hakim “Yeni Azərbaycan” Partiyasının fəaliyyətini, onun Maliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinə maliyyə hesabatlarını nümunə göstərib.

“Bəziləri qanun haqqında danışırlar, amma özləri qanunsuz qrant korrupsiyasına cəlb olunublar.

Onlar bilməlidirlər ki, son vaxtlar üzə çıxarılmış vəsaitlərin mənbələrini biz müəyyən edəcəyik. Bu qurumların maliyyə mənbələrinin geniş şəkildə yoxlanılmasının vaxtı çatıb”, deyən Qaralov AXCP sədrini müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının həbsinə işarə edib.

Əli Kərimli: İqtidar 2018-ci ilin seçkilərindən qorxur

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli baş prokurora cavabında deyib ki, Zakir Qaralovun Azərbaycandan on milyardlarla vəsaitin necə çıxarılması və ofşor hesablara oturdulması ilə bağlı müraciətləri araşdırması, Panama sənədlərində adı keçən hakim ailəyə aid şirkətləri araşdırması da daha yaxşı olardı.

“Çox təəssüf ki, Zakir Qaralovun bu açıqlaması baş prokurorun yox, Yeni Azərbaycan Partiyasının təbliğatla məşğul olan funksionerinin açıqlamasına bənzəyir. Dəfələrlə qeyd olunub ki, Azərbaycanın real müxalifət qüvvələri, konkret olaraq, Xalq Cəbhəsi Partiyası heç zaman, heç yerdə bir manat, bir dollar da qrant almayıb. Bunu ən yaxşı bilməli olan adam ölkənin baş prokurorudur. Əgər ortalıqda fakt varsa, zəhmət çəksin, onu ortalığa qoysun, nə vaxt, kimdən, hansı təşkilatdan, hansı iş üçün AXCP qrant alıb. Fakt yoxdursa, baş prokuror YAP funksioneri kimi danışmamalıdır”.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri bildirib ki, onun rəhbərlik etdiyi siyasi partiya hər il Mərkəzi Seçki Komissiyasına məlumat verir.

Kərimli müavini Gözəl Bayramlıya qarşı ittihamı absurd adlandırıb.

“Ölkənin milyardlarını talayanlar, təkcə Beynəlxalq Bank vasitəsilə ölkənin 15 milyardını mənimsəyənlər Gözəl Bayramlıya aid olan 1000 avronun üzərində kampaniya qurublar. Nə qədər yazıq günə düşüblər bunlar? Deməli, heç bir arqumentləri yoxdur ki, 1000 avronun üzərində kampaniya qururlar. Biz bilirik ki, həmin vəsait Gözəl xanımın ailəsinə aiddir. Gözəl Bayramlının son 3 ildəki bank vasitəsilə aldığı pullar haqqında daha dəqiq açıqlaması olacaq”.

AXCP sədri ona qarşı illərdir qurulan həbs planlarından danışıb.

Məqsəd növbəti prezident seçkilərinə rəqabətsiz, rəqibsiz getməkdir.

“İqtidar 2018-ci ilin seçkilərindən qorxur. Bütün mətbuat susdurulub, sərbəst toplaşmaq azadlığı yoxdur, müxalifət təzyiq altında, həbsxanalar siyasi məhbusla dolub. Rəsmən elan olundu ki, siyasi məhbus sayına görə Azərbaycan dünyada liderdir. Buna görə ölkəni idarə edənlər utanmalıdırlar. Amma bütün bu məhrumiyyətlərdən sonra belə onlar bilirlər ki, seçkiyə oxşar bir şey keçirilsə, hakim komandanın namizədi məğlub olacaq. Ona görə də məşhur yazıda deyildiyi kimi, müxalifətlə haqq-hesab çəkib onu bitirmək istəyirlər. Məqsəd növbəti prezident seçkilərinə rəqabətsiz, rəqibsiz getməkdir”.

Əli Kərimli həbs olunmaq ehtimalını da deyib.

“Həbsimə hazıram. Gözəl xanımın həbsindən sonra nəinki mənim, minlərlə cəbhəçinin həbsdən yayınması yaraşmayan hərəkət olardı”, o qeyd edib.

Natiq Cəfərli: Avtomobilin alınmasında MSK rəhbəri mühim rol oynayıb

REAL Hərəkatının icra katibi Natiq Cəfərli facebook səhifəsində yazıb ki, baş prokuror müxalifətin şəffaf olmasının vavcbliyini deyib.

“Razıyam, amma şəffaflıq birtərəfli olmur. Hələ mərhum Heydər Əliyevin dövründə məmurların gəlir bəyannaməsi təqdim etmələrinin məcburi olması haqqında qərar verilib, amma hələ də qərar yerinə yetirilməyib”.

Natiq Cəfərli
Natiq Cəfərli

Cəfərli baş prokurorun “müxalifət haradan pul tapıb, özünə maşın alır?”- sualına da cavab verib.

“Mən etiraf etmək istəyirəm: Bu yaxınlarda 2009-cu il Cənubi Koreya istehsalı olan maşınımı, 2014-cü il istehsalı olan Yaponiya maşını ilə dəyişmişəm. Avtomobilin alınmasında Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov mühim rol oynayıb. Adam 2010-cu ildə parlament seçkiləri zamanı namizədliyimi qeydə almadı, Dairə Seçki Komissiyasının möhrü ilə təsdiqlənmiş 12 imza vərəqimin birini MSK "itirdi". Avropa Məhkəməsi keçən ilin ortasında bu əməlinə görə MSK-nı günahkar hesab etdi, mənə 10 min avro (19 min manat) kompensasiya verilməsi ilə bağlı qərar çıxardı. Bax beləcə Məzahir müəllim "fokus" etdi, pulu dövlətdən aldım, maşınımı yenilədim”.

Onun fikrincə, növbə məmurlarındır, etiraf etsinlər, villalarını, bahalı maşınlarını hansı pulla alıblar?

“Məsələn, elə həmin MSK rəhbərinin onlarla daşınmaz əmlakı var, onları halal maaşla alması üçün gərək Şah İsmayıl Xətai dövründən, azı 500 il məmur işləyərdi”, o qeyd edib.

Cəmil Həsənli: Cənab Qaralov transmilli rüşvət əməlinə münasibətdə rəhbərlik etdiyi qurumun laqeyd yanaşmasını nə ilə izah edir?

Milli Şuranın sədri Cəmil Həsənli facebook səhifəsində yazıb ki, söhbət qanunsuz mənimsənilən, korrupsiya və böyük rüşvət, büdcə vəsaitlərinin talanması kimi şübhəli məqamlardan gedirsə burada nəinki vaxtı çatmış, hətta Baş prokurorluğun laqeydliyi ucbatından vaxtı keçmiş bir sıra araşdırılmalı məqamlar var.

Cəmil Həsənli
Cəmil Həsənli

“Birincisi, Azərbaycan Beynəlxalq Bankı ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı çoxlu həbslər keçirilib, adamların əmlakı əlindən alınıb. Halbuki, deyilənlərə görə, həmin bankdan ümumi həcmi bir milyard ətrafında olan ən böyük kredit vəsaitlərini “Akord” şirkəti götürüb. 50 min, 100 min, 1-2 milyon kredit alanlar uzun müddət “Bandotdeldə” saxlandığı halda, banka ən böyük borc ödəməli olan “Akkord” şirktinin dövlət vəsaitlərini qaytarması istiqamətində Baş prokurorluq hansı tədbirləri görüb?”, o sual edib.

Milli Şuranın sədrinin fikrincə, beynəlxalq jurnalist təhqiqatları Azərbaycandan böyük maliyyə vəsaitlərinin ofşorlara çıxarılması barədə ifşaedici faktlar aşkarlayıb.

“Biz Əli Kərimli ilə birlikdə bu böyük korrupsiya əməlinin araşdırılması haqqında Baş prokurorluğa rəsmi yazılı müraciət göndərmişik. Hazırda müxalifət təşkilatlarında və bəzi QHT-lərdə maliyyə “pozuntusu” axtaran Baş prokurorluq belə böyük korrupsiya əməlinə niyə münasibət bildirmədi? Bu yaxınlarda Zakir Qaralovun həmkarı olan Milan prokurorluğu bəyan etdi ki, Azərbaycan hakimiyyətinin siyasi sifarişinə lobbiçilik edən AŞPA-nın vəzifəli

Ömrü boyu halal zəhmətlə yaşayan Gözəl xanımın qonşu ölkənin bankından 100 min rus rublu, yəni 1500 Azərbaycan manatı çıxarmasında kriminal məqam axtaran Baş prokuror hüquqi məsuliyyət yaradan belə açıq korrupsiya əməlinə niyə biganə qalır?

şəxsi kimi Luka Valenteyə 2,4 milyon dollar həcmində rüşvət verilib. Əli Kərimli və mən Baş prokurorluğa yazılı müraciət etmişik ki, ölkəmizi beynəlxalq aləmdə rüsvay edən bu rüşvət faktı ətrafında araşdırmalara başlasın. Lakin Milan prokurorluğunun təhqiq etdiyi bu rüsvayçılığın araşdırılması istiqamətində Baş prokurorluq heç bir əməli addım atmadı. Baş prokuror kimi cənab Qaralov ortada olan bu transmilli rüşvət əməlinə münasibətdə rəhbərlik etdiyi qurumun laqeyd yanaşmasını nə ilə izah edir? Məhz elə həmin rüşvət prosesinin araşdırmasının gedişində o da təsdiqləndi ki, Luka Valentaya rüşvət verən Azərbaycan şirkəti bir təqvim ilində ölkədən bir milyard avro vəsait çıxarıb ofşor hesablarda yerləşdirib və üstəlik ödəmə qabiliyyətini “itirdiyi” üçün 31 milyon manat həcmində dövlət vergisindən azad edilib. Qanunçuluğa nəzarət funksiyasını həyata keçirən Baş prokurorluq müxalifətin qəpik-quruşunu axtarınca, belə böyük oğurluq əməlinə nədən səssiz yanaşıb?”, o sual edir.

Həsənli yazır ki, son vaxtlar keçmiş MTN və Rabitə nazirliklərinin işi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

“Prokurorluq orqanlarının bilavasitə iştirakı ilə aparılan istintaq və məhkəmə prosesində keçmiş nazir öz yazılı ifadəsində bəyan etdi ki, hər ay 300 min manat, onun hazırda nazir müavini kimi yüksək vəzifə tutan müavinləri isə yazılı şəkildə təsdiq etdilər ki, hər ay 30 min manat paket alıblar. Öz aylıq paketlərinin bir neçə misli həcmində vəsaiti isə hər ay başqa bir nazirliyin yüksək vəzifəli şəxslərinə rüşvət kimi göndəriblər. Ömrü boyu halal zəhmətlə yaşayan Gözəl xanımın qonşu ölkənin bankından 100 min rus rublu, yəni 1500 Azərbaycan manatı çıxarmasında kriminal məqam axtaran Baş prokuror hüquqi məsuliyyət yaradan belə açıq korrupsiya əməlinə niyə biganə qalır?”, o yenə sual edir.

Arif Hacılı: Zakir Qaralova məsləhətim odur ki, mənimsənilən milyardlarla bağlı araşdırma aparsın

Müsavat Partiyasının başqanı Arif Hacılı baş prokurorun dediklərinə cavab olaraq Amerikanın Səsinə bildirib ki, siyasi partiyalar qanunvericiliyə görə hər il MSK ya maliyyə hesabatı verməlidir.

Arif Hacılı
Arif Hacılı

“Müsavat Partiyası bu tələbə əməl edir və biz bu il də belə hesabatı MSK ya təqdim edib. Əslində Zakir Qaralovun tələbi ilk növbədə dövlət büdcəsindən maliyyələşən partiyalara aiddir. Lakin indi heç bir müxalifət partiyası dövlət büdcəsindən maliyyələşmir. Ona görə də baş prokurorun müxalifəti hədəf seçməsi göstərir ki, onu heç də partiyaların maliyy hesabatı maraqlandırmır. Sadəcə bu yolla müxalifətə təziq etməyə çalışır”.

Hacılı deyib ki, müxalifət partiyasının üzvlərinin həyat səviyyəsi Azərbaycan xalqının ümumi həyat səviyyəsindən fərqlənmir.

“Cangüdəndənlərimiz, bahalı avtomobillərimiz yoxdur. Mənim istifadə etdiyim avtomobil 1998- ci ildə istehsal olunub. Əslində hakimiyyət siyasi partiyaların, partiya sədrlərinin normal fəaliyyəti üçün şərait yaratmağa borcludur. Hakimiyyət isə bunu etmək əvəzinə bizə "yediyiniz çörəyi hansı pulla alırsınız? - sualını verir. Qaralova məsləhətim odur ki, Azərbaycan və dünya mediasında korrupsiya yolu ilə mənimsənilən milyardlarla bağlı araşdırma aparsın”, Müsavat başqanı qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG