Accessibility links

Taleh Bağırov və digərlərinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb [Video]


Taleh Bağırov və digərlərinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Taleh Bağırov və digərlərinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Vəkillər məhkəmə iclas protokollarındakı qeydlərlə bağlı vəsatət  qaldırıb

Iyunun 8-də Bakı Apellyasiya Məhkəməsində “Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası başlayıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə vəkillər məhkəmə iclas protokollarındakı qeydlərlə bağlı vəsatət qaldırıb.

Vəkill Yalçın İmanov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi hökmü və protokolları müdafiəçilərə bu il mayın əvvəlində təqdim edib və dərhal işi apellyasiya baxışına göndərib.

“Bu səbəbdən sənədləri öyrənmək üçün vaxt qalmadı. Biz protokollara dair 200 səhifəlik əlavə və qeydlər hazırlayıb Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişik. Cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını, əlavə və qeydlərimizə baxıldıqdan sonra yenidən apellyasiya insansiyasında baxışın davam etdirlməsini xahiş edirik”, İmanov qeyd edib.

Məhkəmə vəsatəti təmin edib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

“Müsəlman Birliyi Hərəkatının” rəhbəri T.Bağırov və digər 17 nəfər 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələrlə ittiham olunur. T.Bağırzadə ittihamları qəbul etmir. Heç kimi öldürmədiyini, heç bir silahlarının olmadığını, əksinə güc orqanlarının təxribatları ilə üzləşdiyini bildirir.

Nardaran hadisələri zamanı 2-si polis olmaqla 6 nəfərin həlak olub. Həmin hadisələrə görə, ümumilikdə 70-dən çox insan həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlər 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası alıb.

XS
SM
MD
LG