Accessibility links

AŞPA həmməruzəçiləri iqtidar və müxalifətlə müzakirələr aparıb [Müsahibələr]


 Sezar Florin Predanı və Stefan Şennak
Sezar Florin Predanı və Stefan Şennak

AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə danışıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Predan və Stefan Şennak Azərbaycanda səfərdədir. Məruzəçilər hökumət rəsmiləri, siyasi partiya rəhbərləri və hüquq müdafiəçiləri ilə görüşlər keçirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennak
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennak

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident İlham Əliyevlə AŞPA məruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakın görüşündə Azərbaycan ilə AŞPA arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmməruzəçilər iyunun 12-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi (AXCP), Müsavat və Liberal partiyalarının, REAL Hərəkatının rəhbərləri ilə görüşüb.

Görüşdə siyasi məhbuslar, ölkədə son ictimai-siyasi durum, fundamental azadlıqlar, Avropa Məhkəməsinin qərarlarının icrası məsələləri diqqət mərkəzində olub.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, ilk növbədə Azərbaycanda son repressiya dalğası ilə bağlı danışıb.

AXCP sədri Əli Kərimlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:53 0:00

“Azərbaycanda repressiyalar heç zaman dayanmayıb. Amma, son aylar ərzində yeni repressiya dalğası müşahidə edirik. İnsan haqlarının onsuz da pis olan vəziyyəti daha da pisləşib. Həbslərin sayı artıb. Mətbuata qarşı təzyiqlər ən yüksək həddə çatıb. Bunların hamısını AŞPA məruzəçiləri ilə müzakirə etdik. Xüsusilə, Gürcütanla bağlı baş verənlər, Əfqan Muxtarlı (mayın 29-da Gürcüstanda müəmmalı şəraitdə yoxa çıxaraq Azərbaycanda həbs edilən jurnalist-red) və Gözəl Bayramlının (AXCP sədrinin müavini) həbsi ayrıca müzakirə mövzusu olıdu. AŞPA məruzəçilərinin bu mövzuya xüsusi marağı var idi”, o qeyd edib.

Kərimli əvvəllər həbs olunmuş siyasi məhbuslarla bağlı da ətraflı müzakirə aparıldığını deyib.

“Əksər siyasi məhbusların işlərini ayrı-ayrılıqda müzakirə etdik. O cümlədən, AXCP-yə qarşı xüsusi qərəzli münasibət müzakirə olundu. Mənim, AXCP sədri olaraq hazırda azadlıqda heç bir müavinim, müşavirim və köməkçim qalmayıb. AXCP-yə qarşı xüsusi düşünülmüş qəddar münasibət də ayrıca müzakirə olundu”, AXCP sədri bildirib.

Onun sözlərinə görə, həmməruzəçilər səfərləri zamanı çoxsaylı siyasi məhbusla ayrı-ayrılıqda görüşmək fikrindədir.

“Onlar çalışacaqlar ki, Avropa Şurası daha sağlam şəraitdə ölkədəki siyasi məhbus məsələsi, ümumiyyətlə ictimai-siyasi durumla daha aktiv məşğul olsun”.

Ə.Kərimli Azərbaycan hakimiyyətinin lobbiçilik yolu ilə AŞPA-dakı fəliyyətinin artıq araşdırma mövzusu olduğunu və siyasi məhbus məsələsinin qurumun gündəliyində ciddiliyi ilə durduğunu deyib.

Kərimli həmçinin iyunun 15-də Avropa Parlamentində də Azərbaycanla bağlı məsələnin müzakirə edilib qətnamə qəbul ediləcəyinin gözlənildiyini vurğulayıb.

O bir sıra Avropa İttifaqı strukturları ilə də son zamanlar baş verənləri müzakirə etdiyini bildirib.

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində deyib ki, görüşdə əsas diqqət mərkəzində siyasi məhbus məsələsi olub.

please wait

No media source currently available

0:00 0:01:44 0:00

“Həmməruzəçilər siaysi məhbusların azadlığa buraxılması üçün atdıqları addımlar, gördükləri işlər, hakimiyyət dairələri ilə apardıqları danışıqlar barədə məlumat verdilər. Biz isə ölkədə repressiya dalğasının genişlənməsindən, siyasi məhbusların sayının artdığından, azadlığa buraxılan siyasi məhbusların əvəzində daha çox insanın siyasi məhbus kimi həbsə alındığının səbəblərindən, hakimiyyətin siyasətindən danışdıq”.

Müsavat başqanı ölkədə bir sıra fundamental islahatların aparılmasının vacibliyini də məruzəçilərin diqqətinə çatdırıb.

“Seçki islahatları, sərbəst toplaşmaq, söz, ifadə azadlığının təmin olunması kimi fundamental insan haqları məsələsinə diqqətin yönəlməsinin vacibliyini dedim. Bu istiqamətdə vaxtı ilə ATƏT-in, Venesiya komissiyasının gördüyü işləri qeyd etdim”, o qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli

REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, görüşdə ilk məsələ İlqar Məmmədov barədə Avropa Məhkəməsinin, Nazirlər Komitəsinin qəraralarının yerinə yetirilməməsi ilə bağlı olub.

REAL-ın icraçı katibi Natiq Cəfərlinin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:01:44 0:00

“Məruzəçilər rəsmi qurumlarla razılaşdırıblar və İlqar Məmmədovla görüşəcəklər. Məruzəçilər İlqar Məmmədovun məsələsinin çox ciddi diqqət mərkəzində olduğunu vurğuladılar. Onlar Məmmədov və digər məhbuslarla bağlı Avropa Məhkəməsinin qərarının və Avropa Şurası Nazirlər Komitəsinin qətnamələrinin yerinə yetirilməsinin vacib olduğunu söylədilər”.

Cəfərlinin sözlərinə görə, görüşdə son zamanlar baş verənlər, siyasi məhbusların sayının artması diqqət mərkəzində olub.

“Biz məsələ qaldırdıq ki, hökumətlə görüşdə qanunvericilik səviyyəsində dəyişkiliklər məsələsi gündəmə gətirilsin siyasi mötivlərlə həbslər olmasın. Onlar da bildirdi ki, hökumətlə qanunvericilikdə dəyişikliklərlə bağlı ciddi danışıqlar aparılır”, icra katibi qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG