Accessibility links

Hakimə ayaqqabı və su butulkası atıblar (Vəkil Fariz Namazlı ilə müsahibə)


Məhkəmə hökmü
Məhkəmə hökmü

Vəkil kassasiya şikayəti verəcək

İyulun 20-də Bakı Apellyasiya Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsində dava düşüb.

Vəkil Fariz Namazlının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:19 0:00

Vəkil Fariz Namazlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, təqsirləndirilən şəxslər onlara çıxış etmək imkanı verilməməsinə etiraz olaraq, hakimlərə ayaqqabı, plastik su butulkaları atıb.

Nardaran işinə görə həbs olunan 18 nəfərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Kollegiyaya daxil hakimlərdən Əflatun Qasımovun ötən iclasda müdaxiləsinə görə təqsirləndirilən şəxslər ona yazılı şəkildə etiraz veriblər.

Amma etiraz qəbul olunmayıb.

Ardınca vəkillər Fariz Namazlı, Cavad Cavadov çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunsuz adlandırıb.

Onların fikrincə, təqsirləndirilən şəxslərin hamısı günahsızdır, onlar heç bir cinayət törətməyiblər. Vəkillər Bakı Ağır Cinayətlər Məhkəməsinin və Apellyasiya Məhkəməsinin bu işi araşdırmadığını iddia ediblər.

"Ekspert rəyinə görə, Nardaran əməliyyatında dünyasını dəyişən polislərdən biri - Vüqar Nəsibov ayağındakı yaraya görə kəskin qanitirmədən ölüb. Xüsusi əməliyyata gedən adamlar niyə təcili yardım aparmamışdı? Bu əsrdə qanitirmədən ölmək nə deməkdi? Yaxud araşdırılmadı ki, əynində zirehli gödəkçə ola-ola, digər polis əməkdaşı İsmayıl Tağıyev qarın boşluğundan necə yaralanıb dünyasını dəyişə bilərdi?", vəkil Cavad Cavadovun bildirib.

Fariz Namazlı isə çıxışının sonunda hakimləri ədalətli qərar çıxarmağa çağırıb: "Deyirlər, ədalət topaldır, gec gedir, amma istənilən halda, gedib çatır. Ona görə siz də çalışın ki, hökm çıxararkən ədalətli ola biləsiniz".

Ardınca təqsirləndirilən şəxslər Aqil İsmayılov, Cahad Babakişizadə çıxış edərək, hökumətin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onların sözünü hakimin kəsməsi digər təqsirləndirilənlərin etirazına səbəb olub.

"Cənab hakim, siz niyə bizim sözümüzü kəsirsiniz? Bilirəm, kürsünüzə görə qorxursunuz. Amma qorxmayın, siz demirsiniz, biz danışırıq. Bu adamları dövlət çevrilişində ittiham edirlər. Dövlət çevrilişində ittiham olunan adam kartofdan danışmalı deyil ki...", Fuad Qəhrəmanlı deyib.

Bu məqamda fasilə elan edən hakim bir neçə dəqiqədən sonra geri qayıdaraq çıxış üçün prokuror Ceyhun Budaqova söz verib. Bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar Əmir Bayramovun sədrlik etdiyi kollegiyaya etiraz ediblər. Sözlə etiraz nəticə verməyəndə, onlar ayaqqabı və əllərindəki su qablarını hakimlərə atıblar.

Yaranmış qalmaqala görə, məhkəmə təxirə salınıb. Zaldakılar çıxarılıb. Lakin, daha sonra vəkillərin iştirakı oımadan Apellyasiya Məhkəməsinin qərarı elan edilib. Beləlimlə birinci instansiya məhkəməsimnin qərarı qüvvədə saclanılıb.

T.Bağırzadə hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə hazırlıqda ittiham olunaraq 20 il azadıqdan məhrum edilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da nardaranlıların tələblərini dəstəklədiyinə görə 10 il azadlıqdan məhrum edilib. Digərlərinə uzunmüddətli həbs cəzası verilib.

XS
SM
MD
LG