Accessibility links

"Rabitə işi" üzrə hökm oxunub


İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevn sədirliyi ilə keçirilən məhkəmə prosesində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iş üzrə təqsirləndirilənlər "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il , "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov 5 il 7 ay, Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov 5 il 6 ay, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev 5 il 5 ay, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov 5 il 6 ay, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 5 il 5 ay, müddətinə azadlıqdan məhrum edilib. Onlar barəsində şərti cəza təyin olunub, məhkəmə zalında azadlığa buraxılıblar.

Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlaklar nazirliyə dəymiş ziyannın ödənilməsinə yönəldiləcək. M.Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib.

RYTN-nin mülki iddiası qismən təmin edilib.

Məlum olub ki, Vergilər Nazirliyi mülki iddiasını geri götürüb.

Qeyd edək ki, V.Zeynalovun vəkili Elxan Süleymanlı yerli mediaya bir müddət əvvəl məmurun iyulun 10-da dəymiş ziyanın müqabilində 2 milyon 25 min manat ödədiyini deyib.

“Bu gün, iyulun 11-də isə qalan 536 manat borc məbləği Beynəlxalq Banka ödənilib. Beləliklə, Vidadi Zeynalov vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib", vəkil deyib.

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.

Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG