Accessibility links

Zakir Qaralov: "MTN" işi üzrə 56 milyon manatlıq əmlak üzərinə həbs qoyulub


Baş prokuror Zakir Qaralov

Bu barədə Baş Prokurorluğun əməliyyat müşavirəsində bildirilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun əməliyyat müşavirəsində bildirilib.

Baş prokuror bildirib ki, vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Hazırda cinayət işinin digər epizodları, o cümlədən barələrində axtarış elan olunmuş şəxslərin cinayət əməlləri barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Mariupoldakı son qoşunlarını təxliyə etməyə çalışır
please wait

No media source currently available

0:00 0:09:45 0:00
XS
SM
MD
LG