Accessibility links

Məhkəmə keçmiş MTN polkovnikinə 4 il həbs verib


Opposition supporters with old Belarusian national flags rally at Independence Square in Minsk.
Opposition supporters with old Belarusian national flags rally at Independence Square in Minsk.

Mirəziz Əsgərov 2015-ci ildə həbs olunub

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov 1 il 6 ay rəhbər vəzifə tutmaq şərti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı olan mülki iddia rədd edilib, əmlakları üzərindən həbs götürülüb

M.Əsgərov hədə-qorxu ilə Vidadi Əzizov adlı iş adamından 350 min manat pul almaqda ittiham olunub.

Mirəziz Əsgərov 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra həbs olunub. O, hədə-qorxu ilə rüşvət tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə günahlandırılır.

Amma MTN polkovniki məhkəmədə bildirib ki, ittihamları qəbul etmir. O deyib ki, Vidadi Əzizov indi ona qarşı cinayət işində pulu alınan zərərçəkmiş sahibkar kimi təqdim olunsa da, əslində onun özü həbs olunmalıdır, çünki Əzizov iş adamı deyil, İran və digər ölkələrlə bağlı çirkli pulların yuyulmasıyla məşğul olub, xarici xüsusi xidmət orqanlarına casusluq edib. Onun sözlərinə görə, MTN-də də bu haqda yetərincə material toplanıb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksək rütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG