Accessibility links

Həbsxanalarda “siyasi məhbus”ların durumu [Video]


Həbsxanalarada “siyasi məhbus”ların durumu
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Həbsxanalarada “siyasi məhbus”ların durumu - Abbas Hüseynin anası danışır

Bu mövzuda ictimai dinləmə keçirilib

Avqustun 14-də Ziyalılar Birliyinin ofisində həbsxanalarda saxlanılan "siyasi məhbuslar"ın durumu ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə ictimai fəallar, hüquq müdafiəçiləri və siyasi məhbus ailələri iştirak edib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev son zamanlar həbsxanalarda saxlanılan şəxslərlə bağlı xəbərlərin cəmiyyətdə ciddi narahatlıq doğurduğunu deyib.

“Son zamanlar hakimiyyətin müxalif düşüncəli insanlara, əsasən də inanclı kəsimə qarşı münasibəti sərtləşib. Qobustan həbsxanasında baş verən son olaylar bunu göstərir”.

Onun fikrincə, ölkədə zorakılıq geniş vüsət alıb.

“AXCP sədrinin müavini Gözəl Bayramlı hamının gözü qarşısında şərlənərək həbs edilib. Jurnalist Əfqan Muxtarlı başına torba keçirilərək Azərbaycana gətirilib, din xadimi Sərdar Babayev namaz qıldığına görə həbsə alınıb. Bu absurdun pik nöqtəsidir”.

Quliyev "Nardaran işi" üzrə “Qobustan” qapalı həbsxanasında həbsdə oan insanlara verilən işgəncələrdən danışıb. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağrzadənin cərimə kamerasına (kars) salınmasını, Abbas Hüseynin “çarmıxa çəkildiyini” xüsusi olaraq vurğulayıb.

“Bu artıq sözün tükəndiyi yerdi, susmaq olmaz, çünki göz qabağında haqsızlıq, ədalətsizlik, qanunsuzluq baş verir”.

Abbas Hüseynin anası Rəhimə Hüseynova deyib ki, iyulun 20-dən oğlundan xəbəri yoxdur.

“Məndən gizlədirdilər. Abbas “Qobustan” qapalı həbsxanasına köürülən kimi onu orada döyüb incidiblər, “dar ağacı” kimi dəmir dirəyə bağlayıblar, günün altında işgəncə veriblər. Eynən İsa peyğəmbərə verilən işgəncə kimi”.

Keçmiş deputat İbrahim İbrahimli deyib ki, Azərbaycanda son 26 ildə demokratiya uğrunda aparılan mübarizədə minlərlə insan həbs olunub, işgəncə görüb.

“Amma, son dövrlərdə bu repressiya aparatı güclənir. Zaman-zaman işgəncələr daha pik səviyyəyə qalxır”.

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallı deyib ki, hakimiyyət ona problem yaradan qüvvələri sındırıb, indi isə narazı olan inanclı insanları sındırmağa cəhd edir.

Son olaraq tədbir iştiraçıkçıları hakimiyyətdən həbsdə olan siyasi məhbuslara və inanclı insanlara işgəncə verilməsini dayandırmağı tələb edib.

Öz növbəsində, bir qayda olaraq rəsmi Bakı ölkədə insanların hüquq qarşısında bərabər olduğunu, siyasi məqsədlərlə həbs edilmədiyini bildirir.

Penitensiar Xidmət isə həbsxanalarda insanların qanunvericiliyin tələblərinə uyğun saxlanıldığını, işgəncələrin olmadığını bildirir.

XS
SM
MD
LG