Accessibility links

Prokuror Akif Çovdarova 15 il həbs istəyib


Akif Çovdarov
Akif Çovdarov

Keçmiş MTN generalı Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham olunur

Dövlət ittihamçısı Akif Çovdarova rütbəsindən,fəxri adlarından məhrum edilməklə, 3 il rəhbər vəzifə tutmaq şərti ilə 15 il həbs istəyib

Prokuror həmçinin digər təqsirləndirilən şəxslər, - Səlim Məmmədova 12 il, Akif Əliyev və Orxan Osmanovun hər birinə 9 il həbsistəyib.

Avqustun 16-da Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi prokurorun çıxışı ilə davam etdirilib.

Məhkəmə iclası avqustun 21-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, rüşvət alma, informasiya alınması qaydasını pozma, silah tətbiq etməklə hakimiyyətdən sui-istifadə etmək və digər çoxsaylı maddələri ilə ittiham olunur.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG