Accessibility links

Gənc fəal bəraət istəyir


Elgiz Qəhrəman
Elgiz Qəhrəman

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın işindən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Bu barədə gənc fəalın vəkili Fariz Namazlı deyib.

Vəkil bildirib ki, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin E.Qəhrəman haqqında qərarının ləğvi, gənc fəalın cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi istənilir.

Müdafiəçi şikayətdə yazıb ki, E.Qəhrəmana külli miqdarda narkotik satışı ittihamı ilə 5 il 6 ay həbs cəzası verilməsinə dair hökm qanunsuz və əsassızdır. O, əslində, Facebook səhifəsində paylaşdığı bir statusa görə cəzalandırılıb:

Elgiz Qəhrəman ötən il avqustun 12-də Facebook səhifəsində hökumətin yüksək vəzifəli şəxsinin övladı ilə bağlı tənqidi status yazdıqdan sonra saxlanılıb və ona ilk öncə Fətullah Gülən tərəfdarı kimi ittiham irəli sürməyə cəhd edilib. Evində axtarış zamanı Fətullah Gülənlə bağlı kitablar tapıldığı iddia edilib. Lakin sonradan fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəal barədə məhkmənin həbs qətimknan tədbiri qərarı olmasına baxmayaraq bir həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, vəkili yanına buraxmayıb.

Bu gün məhkəmə iclası başlayan kimi Elgiz Qəhrəmanın istintaq təcridxanasında yazdığı “3.14 Məntiqli Testlər Toplusu” kitabının ilk nüsxələri məhkmə heyətinə təqdim edilib. Bu zaman hakimlərdən Camal Ramazanov kitabı götürməkdən nümayişkarənə imtina edib.

Qərardan öncə gənc fəal özü çıxış edib. Bildirib ki, ona verilmiş narkotik ittihamı tamamilə yalandır.

E.Qəhrəmanın sözlərinə görə, ötən il avqustun 12-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayarkən üzərində narkotik olmayıb. Fəal narkotikin cibinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qoyulduğunu deyib.

"Narkotiki cibimə “bandotdel”in əməkdaşı Sahlar Cəfərov qoydu", Elgiz Qəhrəman məhkəmənin diqqətinə çatdırıb.

XS
SM
MD
LG