Accessibility links

Məhkəmə Mehman Əliyevin şikayətini təmin etməyib [Video]


Yasamal Məhkəməsi Mehman Əliyevin saxlanması ilə bağlı şikayəti təmin etməyib
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Yasamal Məhkəməsi Mehman Əliyevin saxlanması ilə bağlı şikayəti təmin etməyib

Avqustun 31-də Yasamal rayon Məhkəməsi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanma ilə bağlı şikayətini təmin etməyib.

"M.Əliyev heç bir əsas olmadan özbaşına saxlanılıb və saxlanma ciddi prosessual pozuntularla keçib", vəkil Fuad Ağayev bildirib.

Avqustun 24-də M.Əliyev Turan agentliyinə qarşı cinayət işi çərçivəsində şahid qismində Vergilər Nazirliyinə dindirilməyə çağırılıb.

M.Əliyev öz vəkili ilə nazirliyə gedib. Ancaq bildiriblər ki, onun statusu “şahiddən şübhəli şəxs” statusuna dəyişdirilib və vəkilin dindirmədə iştirakına icazə verməyiblər.

Avqustun 25-də məhkəmə Mehman Əliyevi vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamı ilə həbs edib.

M.Əliyev bütün itihamları rədd edib.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyibr və bunu son müstəqil KİV-ə hücum kimi qiymətləndirib.

XS
SM
MD
LG