Accessibility links

Azərbaycan Rohinca müsəlmanlarına yardım göndərir


A Rohigya man with child walks along a barbed wire fence in Maungdaw
A Rohigya man with child walks along a barbed wire fence in Maungdaw

Azərbaycan Rohinca müsəlmanlarına yardım göndərir.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, prezident İlham Əliyevin göstərişinə əsasən, Myanmada kütləvi zorakılıqla üzləşən Rohinca müsəlmanlarına humanitar yardım göndərilir..

«Humanitar yardım «Silk Way» aviaşirkəti vasitəsilə Rohinca müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir. Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir», - məlumatda vurğulanır.

Ancaq yardımın məbləği açıqlanmayıb.

Son illər Myanmada Rohinca müsəlmanlarının kütləvi zorakılıqla üzləşdiyi bildirilir. Bu zaman 100 mindən çox insanın evlərindən didərgin düşdüyü, bir çox insanın qətlə yetirildiyi deyilir. BMT dünya ölkələrini Myanmaya humanitar yardıma çağırıb. İndi bəzi ölkələr sözügedən əraziyə yardımlar göndərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG