Accessibility links

İlqar Məmmədovdan Avropa İnsan Hüquqları Konvensiyasına mesaj


İlqar Məmmədov
İlqar Məmmədov

“Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli, konvensiya, ümumiyyətlə, işlək deyil”.

Bu barədə ReAL Hərəkatının sədri İlqar Məmmədov vəkili ilə 2 saylı cəzaçəkmə müəssisəsində görüşündə deyib.

Sentyabrın 22-də saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşən vəkil Cavad Cavadov onun ismarıcını öz “Facebook” səhifəsi vasitəsilə çatdırıb. Vəkil deyir ki, hazırda o, Konvensiyanın yerinə yetirilməsinə xidmət edəcək yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir.

Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr ilə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb.

Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan REAL Hərəkatının lideri İlqar Məmmədov Avropa Şurasının Nazirlər Komitəsinin qərarına münasibət bildirib.

“Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli konvensiya ümumiyyətlə işlək deyil. Hazırda o konvensiyanın yerinə yetirilməsinə xidmət edəcək yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir”, vəkil Cavad Cavadov sentyabrın 22-də cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşdükdən sonra facebook səhifəsində yazıb.

Bununla yanaşı, vəkil REAL liderinin “yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir”, deməklə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.

XS
SM
MD
LG