Accessibility links

Mili Şura "Talana yox!" şüarı ilə mitinq keçirdi [Video & Fotoqalereya]


Milli Şura
Milli Şura

Bakı şəhər Baş Polis İdarəsi Milli Şurasının aksiyası ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya bildirilib ki, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda şəhər rəhbərliyi ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı polisinin bildirdiyinə görə, aksiyada ümumilikdə 1200 nəfər şəxs iştirak edib.

Məlumatda bildirilir ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Mitinq başa çatıb
please wait
Embed

No media source currently available

0:00 0:00:40 0:00

Ancaq təşkilatçılar bildirirlər ki, Bakı polisi aksiyaya gələnlərin sayını bilərəkdən dəfələrlə kiçildib. Onlar deyirlər ki, aksiyaya deyilən rəqəmdən dəfələrlə çox etirazçı qatılıb.

***

Milli Şuranın sədri Cəmil Həsənli mitinqdə çıxış edib.

Milli Şuranın sədri Cəmil Həsənli
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Milli Şuranın sədri Cəmil Həsənli mitinqdə çıxış edir
please wait

No media source currently available

0:00 0:01:21 0:00

Cəmil Həsənli çıxış edib
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Milli Şuranın sədri Cəmil Həsənli hakimiyyət tənqid edir
please wait

No media source currently available

0:00 0:00:59 0:00

Mitinq iştirakçıları istefa şüarı səsləndirirlər
please wait

No media source currently available

0:00 0:00:31 0:00

***

"Azərbaycan hökuməti gənclərdən qorxur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)sədri mitinqdəki çıxışına belə başlayıb.

O, bundan evvəlki mitinq ərəfəsində saxlanan, inzibati qaydada həbs edilən cəbhəçilərdən danışıb.

“Bizim mitinqin aparıcısı İlham Hüseyni, əvvəlki mitinqdəçıxış etməli olan Emil Səlimovu, bu gün çıxış etməli olan başqa bir gənci həbs ediblər. Amma bundan əvvəllər də onlarla parlaq azərbaycanlı gənclərini həbsə doldurublar. Biz bütün Azərbaycan gənclyinə azadlıq istəyirik.”

Əli Kərimli Azərbaycan hökumətini sərt tənqid edib.

“Hökumətin bu günkü siyasəti təhlükəlidir. Təkcə bizdən ötrü yox, bir çox başqa ölkələr üçün də təhlükəli hesab olunur. Onlar hesab edirlər ki, burdan dünyaya korrupsiya virusu yayılır. Azərbaycan üçün bu təhlükə ikiqatdır,” Kərimli bildirib.​

Əli Kərimli çıxış edir
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Əli Kərimli çıxış edir
please wait

No media source currently available

0:00 0:01:34 0:00

***

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə mitinqdə çıxışlar başlayıb.

Lakin ərazidə internet isə hələ də bərpa olunmayıb.

Milli Şura mitinq keçirir
please wait

No media source currently available

0:00 0:01:24 0:00

Milli Şura mitinq keçirir
please wait

No media source currently available

0:00 0:01:18 0:00

***

Bu gün saat yerli vaxtla 15:00-da Bakı şəhəri Yasamal rayonu “Məhsul”stadionunda (keçmiş adı “Məhsul”) müxalifətin “Talana yox”, “Siyasi məhbuslara azadlıq!” şüarı ilə mitinq başlayır.

Milli Şuranın təşkil etdiyi mitinq digər siyasi partiyaların və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.

Sosial şəbəkələrdə vətəndaşları mitinqə çağırışla bağlı fəal təşviqat aparılıb.

Mitinq Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Eyni zamanda hakimiyyət aksiyanın kütləviliyinin qarşısının alınması üçün tədbirlər görüb: həftə içi saxlanmalar, həbslər, polisə çağırışlar, AXCP, ADP, KXCP, “Müsəlman Birliyi” Hərəkatı və s. nümayəndələrinin işdən çıxarılmasına dair məlumatlar daxil olub.

Xatırladaq ki, müxalifət sentyabrın 23-də də analoji şüar ilə mitinq keçirib.

Mitinqdə Azərbaycanın Böyük Britaniyada qeydiyyatda olan şirkətlər vasitəsilə pulları yumasına dair OCCRP beynəlxalq jurnaistika şəbəkəsinin araşdırmasında göstərilən faktların Azərbaycan prokurorluğu tərəfindən araşdırılması tələb olunub.

Milli Şura "Talana yox!" deyir
please wait

No media source currently available

0:00 0:00:36 0:00

Milli Şura mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:55 0:00

Milli Şura mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:28 0:00

Milli Şura mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:19 0:00

Mili Şura mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:52 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG