Accessibility links

AŞPA Azərbaycanda insan hüquqları problemi ilə bağlı iki qətnamə qəbul etdi


AŞPA-

Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasının oktyabrın 11-də keçirilən plenar iclasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı hesabatı müzakirə edib.

Sənəd AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Pred (Rumıniya) tərəfindən hazırlanıb. Məruzə ilə birlikdə mövcud qətnamə layihəsi də təqdim edilib.

Hesabatda hakimiyyət qolları arasında tarazsızlıqla bağlı narahatlıq ifadə olunub.

Sənəd müəllifləri QHT liderlərinin, hüquq müdafiəçilərinin, siyasi fəalların, jurnalistlərin, blogerlərin və vəkillərin təqibindən və daim saxlanmasından narahatlıq ifadə edirlər.

Xüsusən, qeyd edilir ki, bu yaxınlarda konstitusiyaya qəbul edilmiş dəyişikliklər icra hakimiyyətinin parlamentə daha az tabe olmasına, məhkəmə orqanlarının isə icra hakimiyyətindən asılı olaraq qalmasına gətirib çıxara bilər.

Eyni zamanda, hesabatda prezidentin həbs sisteminin fəaliyyətinin yaxşılaşdırılması və cinayət siyasətinin humanistləşdirilməsi haqqında sərəncamına müsbət qiymət verilir.

Sənəd müəllifləri QHT liderlərinin, hüquq müdafiəçilərinin, siyasi fəalların, jurnalistlərin, blogerlərin və vəkillərin təqibindən və daim saxlanmasından narahatlıq ifadə edirlər.

Onlar hakimiyyəti həbsdə saxlanması əsaslı şübhələr doğuran məhbusları azad etməyə çağırıb. Həmçinin, parlamentdə təmsil olunmayan müxalifətin fəaliyyəti üçün məhdud mühitin olması və toplaşmaq azadlığının məhdudlaşdırılması haqqında məlumatlardan narahatlıq ifadə olunur.

Beynəlxalq hüquq təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan jurnalist Əfqan Muxtarlı və müxalifət üzvü Gözəl Bayramlı hakimiyyətin sifarişi əsasında həbs olunduqlarını deyirlər.
Beynəlxalq hüquq təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan jurnalist Əfqan Muxtarlı və müxalifət üzvü Gözəl Bayramlı hakimiyyətin sifarişi əsasında həbs olunduqlarını deyirlər.

Hesabatda hakimiyyətə tövsiyələr əksini tapıb: Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam şəkildə yerinə yetirilməsini operativ olaraq təmin etmək; icra hakimiyyətinə parlamentin nəzarətini gücləndirmək; məhkəmə orqanlarının icra hakimiyyətindən tam müstəqilliyini təmin etmək üçün məhkəmə və prokurorluq sistemində islahatlar aparmaq; jurnalistlərin hər-hansı təzyiq olmadan sərbəst işləməsinə imkan vermək; QHT-lərin, o cümlədən tənqidi fikir bildirən təşkilatların fəaliyyəti üçün əlverişli mühüt yaratmaq.

Müzakirələr zamanı Azərbaycanlı deputatlar hesabatı tənqidə məruz qoyublar və müstəqil prokurorluq və məhkəmə orqanlarının olmamasını, habelə kütləvi nümayişlərin dağıdılmasını tənqid edən müddəaları dəyişdirməyi tələb ediblər.

Azərbaycan tərəfin təklif etdiyi düzəlişlər keçməyib... Qətnamə 117 səs "lehinə", 18 səs "əleyhinə" olmaqla qəbul edilib.

Deputat Sahibə Qafarova hesabatda prezidentin prokurorluğa nəzarət etdiyinin yazılmasından qəzəblənib. Onun sözlərinə görə, konstitusiyada yazılıb ki, prokurorluq müstəqil orqandır və icra hakimiyyəti ona nəzarət etmir. Amma, Azərbaycan tərəfin təklif etdiyi düzəliş keçməyib.

Ümumiyyətlə, sənədə düzəlişlərin, demək olar ki, heç biri qəbul edilməyib. Qətnamə 117 səs "lehinə", 18 səs "əleyhinə" olmaqla qəbul edilib.

Daha sonra sessiyada "Azərbaycanın Avropa Şurasına sədrlik etdiyi dövrdə (may-noyabr 2014) ölkədə insan hüquqlarına hörmət sahəsində görülən işlər" adlı məruzə müzakirə olunub.

Bu hesabat Belçikalı deputat Allen Desteks tərəfindən hazırlanıb. Amma sentyabrıda qalmaqallı AŞPA-da rəsmi Bakının xeyrinə lobbiçilikdən bəhs edən "Azərbaycan landromatı" araşdırmasından sonra Desteks bu işdə adının keçməsi ilə əlaqədar istefa verib.

Buna görə məruzəni Ukraynalı deputat Yelena Sotnik təqdim edib.

Prezident İlham Əliyev ölkədə siyasi azadlıqların təmin olunduğunu deyir.
Prezident İlham Əliyev ölkədə siyasi azadlıqların təmin olunduğunu deyir.

Hesabatın yekun variantında Azərbaycanda "siyasi motivli" həbslər haqqında düzəliş edilib. Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov buna qətiyyətlə etiraz edib.

"Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik, siz isə burada vəziyyəti şişirdirsiniz", deyə parlamentari gileylənib. Onun fikrincə, Azərbaycanda illərdir islahatlar aparılır, hesabatda isə yazılıb ki, "heç bir islahat yoxdur".

Azərbaycan nümayəndə heyəti həmçinin məruzənin müxalif siyasətçi İlqar Məmmədovun həbsi haqqında bəndinə etiraz edərək, onun "konkret cinayətlərə görə" həbs edildiyini iddia edib.

Deputat Vüsal Hüseynov deyib ki, məruzənin bu hissəsinin saxlanması onu obyektivlikdən məhrum edəcək.

Amma sənəd 114 səs "lehinə", 14 səs "əleyhinə" olmaqla qəbul edilib.

XS
SM
MD
LG