Accessibility links

“Gürcüstan dosyesi”-nin təqdimatı olub [Video]


“Gürcüstan dosyesi”nin təqdimatı
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Sənəd Gürcüstanda təzyiqlərə məruz qalan siyasi mühacirlərdən bəhs edir

Siyasi Məhbusları Müdafiə Mərkəzi oktyabrın 12-də “Gürcüstan işi: təqiblər, həbslər, mövcud reallıqlar” mövzusunda hesabatı təqdim edib.

Sənəd Gürcüstanda azərbaycanlı siyasi mühacirlərlə qarşı baş verən hadisələrin işıqlandırılması üçün hazırlanıb. Söhbət qonşu ölkədə baş verən son həbslərdən, azərbaycanlı siyasi mühacirlərə, jurnalistlərə, biznesmenlərə təzyiqlərdən və bunların səbəblərindən, bu ölkədə hazırkı vəziyyətdən gedir.

Əsasən hesabatda rəsmi Bakının təzyiqi ilə Gürcüstanda azərbaycanlı fəalların təqib olunmasına dair konkret faktlar göstərilir.

Sadalanan faktlardan məlum olur ki, bütün bunların arxasında Azərbaycanın hüquq-mühafizə orqanları durur. Bu işdə onlara Gürcüstanın hüquq-mühafizə orqanları yardım göstərirlər.

Bunlardan biri bloger Mehman Qələndərov olub. O, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edib. 2016-cı ilin sentyabrında Konstitusiyaya düzəlişlərə etiraz olaraq Tbilisidə Azərbaycan səfirliyinin qarşısında keçirilən aksiyanın təşkilatçılarından biri olub.

2017-cı il fevralın 7-də Tbilisidən Bakıya qayıtdıqdan sonra gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun azadlığa buraxılması tələbilə Heydər Əliyevin abidəsi önündə təkbaşına aksiya keçirib.

Aksiyadan sonra M.Qələndərov narkotik maddə saxlamaq ittihamı ilə həbs edilib.

Aprelin 28-də M.Qələndərov Bakı İstintaq Təcridxanasında şübhəli şəraitdə ölüb.

Beynəlxalq təşkilatlar bəyanat yayaraq hökumətdən ölümün obyektiv və şəffaf araşdırılmasını tələb edib, ancaq bu, hələ yerinə yetirilməyib.

Sonra hesabatda AXCP sədrinin müavini Gözəl Bayramlının həbsindən danışılır. 2017-cı il mayın 25-də Azərbaycan-Gürcüstan sərhəd məntəqəsindən keçərkən saxlanılıb. Gözəl Bayramlı onun baqajına 12 min dollar qoyularaq qaçaqmalçılıqda ittiham edilib. G.Bayramlı Qərbdən pul almaqda ittiham olunub.

2017-ci il mayın 29-dək Gürcüstanda yaşayan müstəqil araşdırmaçı jurnalist Əfqan Muxtarlı oğurlanıb, döyülüb və zorla Bakıya gətirilib. O, qaçaqmalçılıq və sərhədi qanunsuz keçməkdə ittiham olunub.

Ə.Muxtarlı məhkəmədə bildirib ki, onu zorla Gürcüstandan Azərbaycan sərhədinə aparıblar və orada cibinə 10 min avro qoyublar.

Gürcüstandan qaçırılaraq Azərbaycana gətirilmiş dissident jurnalist Əfqan Muxtarlı həbs olunub.
Gürcüstandan qaçırılaraq Azərbaycana gətirilmiş dissident jurnalist Əfqan Muxtarlı həbs olunub.

Son illər Ə.Muxtarlı Tbilisidə Azərbaycan hakimiyyətinə qarşı aksiyalarda iştirak edib və Azərbaycan hakimiyyətinin korrupsiyası ilə bağlı araşdırmalar aparıb.

Gürcüstanda azərbaycanlı siyasi mühacirlərlə yanaşı Azərbaycandan olan işgüzar adamlar da yaşayır və işləyir. Rəsmi Bakının təqib dağlası onlara da toxunub. Həmin şəxslərdən biri “Lancet” klinikasının təsisçisi və sahibi Fərman Ceyranlıdır. O 2017-ci il mayın 18-də həbs edilib. F.Ceyranlının həbsinə 2016-cı ilin aprelində klinikada aparılan qaraciyər köçürülməsi əməliyyatı səbəb olub. Ancaq əməliyyatı keçirən Mircəlal Kazımi nəinki məsuliyyətə cəlb olunmayıb, heç dindirilməyib də, halbuki, müdafiə tərəfi bu barədə vəsatət qaldırıb. Bu, F.Ceyranlının həbsinin sifarişli olması ilə bağlı ciddi arqumentdir.

Təzyiqlərə məruz qalan fəallardan biri Daşqın Ağalardır. 2017-ci ilin yazında Gürcüstan Apellyasiya Məhkəməsi onun ölkədə qalmaq hüququnu ləğv edib və onu deportasiya təhlükəsi gözləyib. Ancaq Ə.Muxtarlı ilə baş verən qalmaqaldan sonra hakimiyyət D.Ağalarlının qalmasına icaz verib.

REAL Hərəkatının üzvü Rahim Şaliyev Azərbaycanda təqiblər və həbs təhlükəsi səbəbindən Gürcüstana qaçıb.

Zərifə Quliyeva isə 2005-2014-cü illərdə fəaliyyət göstərmiş Əlil Uşaqlara və Kimsəsizlərə Yardım İctimai Birliyinin direktoru olub. 2014-cü ildə hakimiyyət təşkilatın bank hesabını dondurub və Z.Quliyeva ailəsi ilə birlikdə Tbilisiyə gedib və orada da təqiblərə məruz qalıb.

Gürcüstanda yaşayan ictimai-siyasi fəallardan biri keçmiş siyasi məhbus Vidadi İsgəndərlidir. O, Azərbaycanda təziblərə məruz qalıb, qohumlarını işdən çıxarıblar.

“Yuxarıda sadalanan faktlardan məlum olur ki, bütün bunların arxasında Azərbaycanın hüquq-mühafizə orqanları durur. Bu işdə onlara Gürcüstanın hüquq-mühafizə orqanları yardım göstərirlər. Azərbaycan hökumətinin məqsədi qonşu ölkədə toplaşmış azərbaycanlı siyasi mühacirlərin sərbəst fəaliyyət göstərməsinə, etiraz aksiyaları keçirməsinə, rəsmi Bakının siyasətini tənqid etməsinə imkan verməməkdir”, hesabatda deyilir.

Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı siyasi mühacirlərin humanitar və siyasi müdafiəsi çox zəifdir. Yerli və beynəlxalq təşkilatlar bu mühacirlərin təhlükəsizliyinin, humanitar və siyasi müdafiəsinin təminatı üzrə işi gücləndirməlidir, sənəd müəllifləri qeyd edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG