Accessibility links

Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib


Oktyabrın 24-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin müavini Höccətullah Qoreyşini ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Z.Həsənov Bakıda iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupun işə başlamasını qeyd edib. Bunun müdafiə və təhlükəsizlik sahəsində münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb.

"Müdafiə naziri Dağlıq Qarabağ və ətraf rayonların uzun illərdir Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü qonağın diqqətinə çatdırıb", məlumatda bildirilir.

Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edən H.Qoreyşi bu münasibətlərin inkişafında hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib.

Cənubi Qafqazda hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminə toxunan nazir müavini münaqişənin sülh yolu ilə həllinin vacibliyini bildirib.

Görüşdə həmçinin, iki ölkənin hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti, perspektivləri, Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün oktyabrın 24-də Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupun ilk görüşü başlayıb. Tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və digər sahələri əhatə edən məsələləri müzakirə etməlidirlər.

Görüş oktyabrın 25-dək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG