Accessibility links

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək [Video]


Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Görüş noyabrın 16-da Moskvada olacaq

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Bu barədə o, Monteneqro xarici işlər naziri Srcan Darmanoviçlə danışıqlarının yekunlarına həsr olunmuş bu günki mətbuat konfransında bildirib.

Məmmədyarovun sözlərinə görə, bu görüşdən bir neçə gün əvvəl Ermənistan prezidenti və xarici işlər naziri Moskvada olacaqlar.

Məmmədyarov qeyd edib ki, vasitəçilərdən həmsədrlərin iştirakı ilə nazirlərin görüşünün keçirilməsi haqqında təklif daxil olub. Amma hələlik qəti razılaşma yoxdur.

"Hazırda dəqiq olan odur ki, mən Moskvada həmsədrlərə görüşəcəyəm", deyə Məmmədyarov bildirib.

Elmar Məmmədyarov Ermənistanın Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edib-etməyəcəyi barədə jurnalistlərin sualıının cabaında deyib ki, layihəni idarə edəcək müştərək əməliyyat şirkəti yaradılır.

“Ancaq mövqeyimiz belədir ki, Ermənistan layihəyə qoşulmaq istəyirsə, ilk növbədə işğal olunmuş torpaqları azad etməlidir, münaqişə həll olunmalıdır. Rəsmi Bakının mövqeyi aydındır. Bu məsələ şirkət tərəfindən nəzərdən keçirilməlidir", nazir qeyd edib.

XS
SM
MD
LG