Accessibility links

Elmar Məmmədyarov isveçli həmkarı ilə görüşüb


Cənubi Afrikanın Yohannesburq şəhərində COVID-19-dan ölən insanların cəsədlərinin saxlandığı soyuducu konteynerlər. 
Cənubi Afrikanın Yohannesburq şəhərində COVID-19-dan ölən insanların cəsədlərinin saxlandığı soyuducu konteynerlər. 

Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində noyabrın 6-sı bu ölkədən olan həmkarı xanım Marqot Vallström ilə görüşüb.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Görüşdə Azərbaycan və İsveç arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib. Bu xüsusda İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir olunub, qarşılıqlı sərmayələrin artırılmasının vacibliyinə toxunulub.

Bundan əlavə, Avropa Birliyi ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqlar da dəyərləndirilib.

Habelə, nazirlər Dağlıq Qarabağ münaqişəsindən də bəhs ediblər. Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinin qəbuledilməz olduğunu deyib.

XS
SM
MD
LG