Accessibility links

Sergey Lavrov: Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq geniş və əhatəlidir


Elmar Məmmədyarov və Sergey Lavrov

Azərbaycan və Rusiya xarici işlər nazirləri birgə mətbuat konfransı keçirib

Noyabrın 20-də Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun təkbətək və geniş tərkibdə görüşü olub.

APA agentliyinin məlumatına görə, Bakıda keçirilən görüşdən sonra iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı sənəd imzalanıb.

Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

Nazirlərin keçirdiyi birgə mətbuat konfransında Elmar Məmmədyarov bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanln rolu müzakirə olunub.

“Mən, danışıqların son nəticələri barədə məlumat verdim".

Nazir deyib ki, Moskvada ATƏT-in Minsk qrupunun həmsədlrəi ilə görüşündə intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb.

"Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status kvo qəbuledilməzdir və qeyri-sabitdir", Məmmədyarov qeyd edib.

O deyib ki, münaqişənin nizamalnaması ilə bağlı köhnə və yeni ideyaların hamısı masa üzərindədir.

“Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu".

Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

Həmsədrlərin sayına gəldikdə, E. Məmmədyarov sual edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?

"Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır".

Məmmədyarov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır.

Nazir bildirib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir.

"Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik", Məmmədyarov vurğulayıb.

O həmçinin bu gün Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirildiyini deyib.

Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

Məmmədyarov bildirib ki, iki ölkə arasında əməkdaşlığın indiki durumu 2008-ci ildə imzalanan dostluq və əməkdaşlıq bəyannaməsində əksini tapıb. İki ölkə bu sənədə uyğun addımlar atır.

“Ticarət dövriyyəsi ilbəil artır. Azərbaycan, Rusiya və İran prezidentlərinin müzakirəsindən irəli gələn məsələlərdən biri Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə salınmasıdır. Bunun potensiyalı genişdir. Həm də yüklərin daşınması yolunu qısaldır”, Məmmədyarov qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, iki ölkə arasında əməkdaşlıq geniş və əhatəlidir.

“Regionlararası, parlamentlərarası əməkdaşlıq davam edir. Ali təhsil müəssisələri arasında əməkdaşlıq mövcuddur. Rusiyanın bir sıra universitetlərinin Azərbaycanda filialları açılıb".

O bildirib ki, iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artması da müzakirə edilib.

Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

"Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik. Dövlətlərin bərabərhüquqlu olması qaydasının pozulmaması tərəfdarıyıq. Xəzər məsələsinə dair yanaşmalarımızı uyğunlaşdırırıq. Dekabrın əvvəlində keçiriləcək görüşlə bağlı məsələni müzakirə etdik".

Nazir görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edildiyini deyib.

“Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq. Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq", Lavrov vurğulayıb.

Mətbuat konfransında dekabrın əvvəlində Rusiyada Xəzərin statusu ilə bağlı nazirlər səviyyəsində yeni görüş keçiriləcəyi bildirilib.

"Biz qərara gəlmişik ki, Xəzərin hüquqi statusuna dair müzakirələri daha da konkretləşdirək və sammitə növbəti təkliflər irəli sürək", Elmar Məmmədyarov söyləyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG