Accessibility links

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb [Audio-Müsahibə]


Yalçın İmanov

Vəkil kollegiyanın qərarını "siyasi sifariş" hesab edir

Noyabrın 20-da Azərbaycan Vəkillər Kollegiyası vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və məhkəmə baxışınadək vəkillik fəaliyyətinin dayandırlması barədə qərar qəbul edib. Bu barədə vəkilin özü Amerikanın Səsinə müsahibəsində deyib.

Yalçın İmanov bildirib ki, kollegiya Penitensiar Xidmətin avqust ayında onun barəsində şikayətini əsas götürərək qərar verib.

"Bu siyasi sifarişdir. Mənim vəkillik fəaliyyətimlə bağlıdır", o qeyd edib.

Yalçın İmanov müdafiəsi üçün hüquqi addımları davam etdirəcəyini bildirib.

Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bu il avqustun 10-da vəkil Yalçın İmanov haqqında Vəkillər Kollegiyasına şikayət edib.

Şikayətə əsas kimi Yalçın İmanovun Qobustan həbsxanasında Nardaran hadisələri ilə bağlı məhkum olunmuş Abbas Hüseynovun təzyiqlərə məruz qalması barədə açıqlamaları göstərilib.

Penitensiar Xidmət bu məlumatları təkzib edib.

Noyabrın 20-də vəkil Elçin Sadıqov da kollegiyaya dəvət edilib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov vəkillər Nemət Kərimli, Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Aqil Layıcov, Penitensiar Xidmət isə Yalçın İmanov barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.

Həmin şikayətlərdə iddia olunur ki, vəkillər müdafiə etdikləri şəxslərin işləri ilə bağlı çaşdırıcı açıqlamalar veriblər.

Cəzalandırılması istənilən vəkillər, əsasən siyasi fəalların müdafiəsi sahəsində tanınırlar.

Son illər vəkil Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov və Müzəffər Baxışov Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG