Accessibility links

MTN generalı məhkəmədən bəraət istəyir


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Təqsirləndirilən şəxslər son söz deyiblər

Bakı Hərbi məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi iləkeçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev və onun tabeliyində polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşır.

Təqsirləndirilən şəxslər son söz deyiblər.

Onlar son sözlərində heç bir günahlarının olmadığını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Təqsirləndirilən şəxslərin son sözündən sonra hakimlər müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə məlum deyil.

E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Prokuror E.Quliyevə 15, A.Mehdiyevə isə 13 il həbs cəzası verilməsini təklif edib.Həmçinin, onların rütbələrdən məhrum edilməsini, üzərində həbs olan əmlaklarının müsadirə olunmasını, təqsirləndirilən şəxslərə qarşı istər Dövlət Təhlükəsizliyi Xidməti, istərsə də zərərçəkmişlərin qaldırdığı mülki iddiaların təmin olunmasını istəyib. DTX 7 milyonluq mülki iddia qaldırıb. İttihama görə, agentura şəbəkəsi, əməliyyatlar və s. məqsədlə büdcədən götürülmüş bu qədər vəsait mənimsənilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG