Accessibility links

Müsavat Partiyası Şirvan təşkilatının sədrinə qarşı ittiham sərtləşdirilib


Əlikram Xurşidov

Müsavat Partiyası Şirvan təşkilatının rəhbəri Əlikram Xurşudova qarşı ittiham daha ağır maddəyə tövsif edilib. Belə ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) 315.2 maddəsinə (həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) tövsif edilib. Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Əgər 221.2.2 maddə üzrə Ə.Xurşudovu 5 ilədək həbs təhlükəsi gözləyirdisə, yeni ittihamla 7 il həbs təhlükəsi var.

Əlikram Xurşudovun barəsində daha bir ittiham da var: Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah kimi istifadə olunan alət tətbiq etməklə xuliqanlıq). Bu ittiham üzrə 3 ildən 7 ilədək azadlıqdan mərhum olunma təhlükəsi gözlənilir.

Əlikram Xurşudov ittihamları qəbul etmir. Müdafiə tərəfi də ittihamları əsassız sayır.

Əlikram Xurşudov noyabrın 22-də Şirvanda həbs olunub və Cinayət Məcəlləsinin 221.2.2 və 221.3-cü maddələri ilə ittiham edilib.

Noyabrın 24-də Şirvan Apellyasiya Məhkəməsi Əlikram Xurşudov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası hesab edir ki, Əlikram Xurşudov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün həbs olunub.

XS
SM
MD
LG