Accessibility links

Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb


Mirmahmud Mirəlioğlu

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb. Bu barədə KXCP Ali Məclisinin yanvarın 29-da keçirilən toplantısında qərar qəbul edilib. Məlumatı KXCP-nin mətbuat xidməti yayıb.

Xatırladaq ki, bu il Azərbaycanda prezident seçkiləri bu il oktyabrın 17-də keçiriləcək.

M.Mirəlioğlu 1980-cı illərin əvvəli- 1990-cu illərin sonlarında milli-demokratik hərəkatın fəal iştirakçılarından olub.

1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1995-cı ildə Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra birinci çağırış Milli Məclisin üzvü olub.

2000-ci ildə M.Mirəlioğlu parlamentə deputat seçilsə də seçkilərin saxtalaşdırılmasına etiraz olaraq mandatdan imtina edib.

KXCP-dən əvvəl, yanvarın 27-də Müsavat Partiyası prezident seçkilərinə qatılmaqla bağlı qərar verib. Müsavatın prezidentliyə namizədi partiyanın keçmiş başqanı İsa Qəmbərdir.

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG