Accessibility links

Müdafiə naziri ATƏT sədrinin nümayəndəsi ilə görüşüb


Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb

Fevralın 2-də Azərbaycan müdafiə naziri Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi erməni tərəfi Azərbaycanın Dağlıq Qarabağ vilayətini və regiona bitişik 7 rayonunu nəzarətinə keçirib. Münaqişənin tənzimlənməsilə ATƏT-in Minsk qrupu məşğul olur. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Cəbhədə hərbi əməliyyatlar 2016-cı il aprelin 2-dən 5-dək yenidən bərpa olunub. Üç gün ərzində aparılan döyüşlərdə tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə atəşkəs rejimi yenidən bərpa olunub. Bundan sonra iki ölkə prezidentlərinin bir neçə görüş keçirməsinə baxmayaraq, danışıqlarda irəliləyiş qeydə alınmayıb.

Minsk Qrupunun həmsədr dövlətləri də dəfələrlə mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini qeyd edib. Amma status-kvo da dəyişməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG