Accessibility links

Məmmədyarov Lavrovla telefonla danışıb


Elmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında , fevralın 1-də telefon danışığı olub.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun deməsinə görə, nazirlər arasında telefon danışığında regional və beynəlxalq gündəliyə aid mövzular müzakirə edilib.

H.Hacıyev bildirib ki, habelə Xəzərin hüquqi statusu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə-Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan arasında danışıqlar gedir. Azərbaycan Xəzərin keçmiş SSRİ ilə İran arasındakı razılaşmalara əsasən bölünməsinə tərəfdardır. İran və Türkmənistan buna qarşıdır. Mübahisənin, əsasən, Xəzərdəki bəzi neft-qaz yataqları üzündən baş verdiyi bildirilir.

XS
SM
MD
LG