Accessibility links

Əli Həsənov prezident seçkilərinin erkən keçirilməsinin səbəblərini izah edib


Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda növbədənkənar seçkilərinin apreldə keçirilməsinə aydınlıq gətirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabrda keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, bu il may ayından başlayaraq çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək.

“Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən əvvəlində keçirilməsi daha məqsədəuyğundur".

O əlavə edib ki, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir.

"Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır".

Prezident köməkçisi “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan prezidentinin sərəncamını ölkə qanunvericiliyinin tələblərinə uyğun hesab edir.

Əli Həsənov bu prezident seçkilərində də hazırki prezident İlham Əliyevin növbəti prezident seçilmək imkanının çox yüksək olduğunu düşünür.

"Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir. Nəticə etibarilə, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz", o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG