Accessibility links

İlham Əliyev ABŞ-ın xüsusi elçisini qəbul edib


ABŞ-ın xüsusi elçisi İlham Əliyevin qəbulunda
ABŞ-ın xüsusi elçisi İlham Əliyevin qəbulunda

Prezident İlham Əliyev fevralın 14-də ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnionu qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə S.Saarnioya minnətdarlığını bildirib.

Prezident İ.Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirib. Layihə üzrə işlərin cədvələ uyğun getdiyini deyən dövlət başçısı bunu birgə səylərinin nəticəsi kimi dəyərləndirib.

Xanım S.Saarnio da öz növbəsində ABŞ-ın "Cənub Qaz Dəhlizi" layihəsinə dəstək verdiyini bir daha vurğulayıb.

XS
SM
MD
LG