Accessibility links

Blogerin qohumları 30 sutka inzibati qaydada həbs edilib


Orduxan Teymurxan
Orduxan Teymurxan

Hollandiyada mühacirətdə olan, bloger Orduxan Teymurxanın Bakıda yaşayan yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyev inzibati qaydada 30 sutka həbs edilib.

Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) günahlandırılır.

Onların məhkəmə qarşısına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş protokol əsasında çıxarıldığı bildirilir.

Səbuhi Zeynalov və Tural Əliyev haqğında qərarları hakimlər Samir Məmmədov və Rəşad Abdulov fevralın 19-u çıxarıb.

Vəkil hələlik müvəkkilləri ilə görüşə bilməyib. Çünki onların harada saxlanıldığı ona bəlli deyil.

Elçin Sadıqov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub, ona Səbuhi Zeynalov və Tural Əliyevin harada saxlanılması barədə bilgi verilməyib.

Orduxan Teymurxanın polis tərəfindən saxlanıldığı bildirilən digər bacısı oğlu Elnar Əliyevdən isə hələlik məlumat yoxdur. Vəkil onunla bağlı hər hansı bilgi əldə edə bilmədiyini deyir.

Fevralın 17-də Hollandiyada mühacirətdə olan bloğer Orduxan Teymurxan Bakıda yaşayan yaxın qohumlarına təzyiqlərin oldugunu bildirib.

Onun Facebook səhifəsində yazdığına görə, Bakıda yaşayan bacılarının evlərinə polislər gəlib.

“Bacım oğlanlarının saxlanılması mənim fəaliyyətimlə bağlıdır. 3 bacımın hər birinin bir oğlu saxlanılıb”, o qeyd edib.

Rəsmi qurumlar blogerin qohumlarının saxlanılması ilə bağlı hələ açıqlama verməyib. Orduxan Teymurxan Azərbaycanda yaşayan yaxınlarının bundan öncə də oxşar münasibətlə üzləşdiyini bildirib.

Onun sözlərinə görə, 2017-ci il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacılarının olduğunu da deyib.

Sonradan polisə aparıldığı deyilən şəxslərdən ikisindən başqa hamısı sərbəst buraxılıb. Suraxanı Rayon Məhkəməsi blogerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarıb. Məhkəmə qərarında deyilir ki, Səbuhi Zeynalov və Xanlar Dadaşov 2017-ci il fevralın 19-da polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb.

Onların vəkilləri ittihamın qurama olduğunu açıqlayıb.

Orduxan Teymurxan Azərbaycan rəsmilərini kəskin tənqid edir, Avropanın bir çox şəhərlərində Azərbaycan hakimiyyətinə qarşı etiraz aksiyalarının təşkilatçılarındandır. Teymurxan qohumlarına qarşı baş verənlərin onun fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Öz növbəsində, Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə hamının qanun qarşısında bərabər olduğunu, heç kimin fikirlərinə, başqasının əvəzinə cəzalandırılmadığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG