Accessibility links

Oqtay Əsədov Azərbaycanda böyük əfv fərmanı gözlənildiyini deyir


Milli Məclisin sədri Oqtay Əsədov
Milli Məclisin sədri Oqtay Əsədov

O, qeyd edib ki, bununla bağlı ciddi iş gedir

«Bu yaxınlarda ölkədə böyükhəcmli əfv sərəncamı gözlənilir».

Yerli medianın məlumatlarına görə bu barədə fevralın 23-də Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.

O, qeyd edib ki, bununla bağlı ciddi iş gedir.

Prezident sonuncu dəfə əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 160 yaxın siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq parlamentin fevralın 23-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur.

«Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb», - deyə S.Novruzov bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG