Accessibility links

ABŞ səfirliyi məcburi köçkün məktəbində İngilis dili kurslarına başlayıb [Video]


ABŞ məcburi köçkün gənclərə ingilis dili öyrənməyə kömək edir

Səfir Robert Sekuta və xanımı ilk məşğələdə iştirak edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Ənn Sekuta Zəngilan rayonundan məcburi olan köçkünlərin Bakının Binəqədi rayonunda 4 saylı orta məktəbi ziyarət edib.

Məktəbdə “Bilik Qüvvətdir!” adlı məktəbdənkənar ingilis dili tədris proqramına start verilib. Proqrama 28 şagird qoşulub.

Səfir və xanımı şagirdlərlə ingilis dili danışıq məşğələsində iştirak edib.

R. Sekuta bildirib ki, bu proqramın məqsədi Azərbaycan vətəndaşlarının ingilis dilini öyrənməsinə və dünyada rahat ünsiyyət qurmasına kömək etməkdir.

"Siz xarici dil öyrənməklə həmin dildə, yəni fərqli şəkildə düşünməyi öyrənirsiniz. Xarici dil dünyanı başqa baxış bucağından görməyə kömək edir”, səfir şagirdlərin qarşısında çıxışında qeyd edib.

Tədbirdə deyilib ki, bu proqram zəngilanlı şagirdləri ingilis dili bilikləri ilə təmin edəcək, yeni təcrübə əldə etməyə və qlobal iqtisadiyyatda daha güclü iştiraka qapılar açacaq.

Cənab Sekuta bildirib ki, ABŞ Azərbaycanda məcburi köçkünlərə bundan sonra da dəstək verəcək.

Birləşmiş Ştatlar 1991-ci ildən indiyədək Azərbaycanın inkişafına dəstək məqsədilə 1.3 milyard dollar ayırıb. Bu məbləğin 125 milyon dolları Azərbaycan məcburi köçkünlərinin icmalarına göstərilən yardım təşkil edir.

ABŞ Səfirliyi məcburi köçkün məktəbində İngilis dili kurslarına başlayıb
please wait

No media source currently available

0:00 0:01:33 0:00

XS
SM
MD
LG