Accessibility links

Elmar Məmmədyarov və Gültəkin Hacıbəylinın baxışlarında demokratiya və insan hüquqları [Audio-Müsahibə]


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

İnsan hüquqlarına və demokratiyaya rəsmi və müxalif baxış

Azərbaycanda insan hüquqları və demokratiyanın durumu necədir? Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında ölkədə insan hüquqları, demokratiya sahəsində böyük proqramların həyata keçirildiyini, bu sahələrin prioritet olduğnu bildirib.

Öz növbəsində, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin keçmiş üzvü, müxalifətdə olan Milli Şuranın fəalı Gültəkin Hacıbəyli xarici işlər nazirinin fikriləri ilə razılaşmır. Onun firkincə, Azərbaycan fundamental insan hüquqları və demokratiya sahəsində ən acınacaqlı dövrünü yaşayır.

Elmar Məmmədyarov: Hökumət insan hüquqları və əsas azadlıqlar sahəsində genişmiqyaslı proqramlar həyata keçirir

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

"Demokratiyanın möhkəmlənməsi və insan hüquqlarının qorunması Azərbaycanın ən vacib prioritetləri arasındadır".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, hökumət bütün insan hüquqlarından və əsas azadlıqlardan tam yararlanmaları məqsədilə Azərbaycan vətəndaşları üçün zəruri şəraitin yaradılması istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir.

Onun sözlərinə görə, Azərbaycan hələ 1918-ci ildə müsəlman dünyasında qadınları səs vermək hüququ ilə təmin etmiş ilk ölkə olub.

"Azərbaycan gender bərabərliyini təmin etməyə və ictimai, sosial həyatda qadınların rolunun artırılmasına çalışır. Misal üçün, rəhbəri olduğum nazirliyin heyət üzvlərinin 52 faizi qadındır. Rəqəmsal dövrdə yaşadığımızdan qeyd etmək lazımdır ki, hazırda Azərbaycan əhalisinin təqribən 80 faizini informasiya, media-kommunikasiya, ideya və fikirlərin azad axını üçün ən əlverişli və praktik vasitə olmuş internetə maneəsiz giriş imkanı var".

Elmar Məmmədyarov bildirib ki, cinayət hüququ sistemində də beynəlxalq insan hüquqları standartlarına tam uyğun olması məqsədilə islahatlar aparılıb.

"Bütün etnik və dini icmalar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar".

"Azərbaycan xalqının BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadı möhkəm sarsılıb"

Dünyada insan hüquqlarının pozulması haqqında danışarkən Elmar Məmmədyarov deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edən və Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir.

Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək, Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir.

"Buna görə də biz BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb".

Gültəkin Hacıbəyli: İnsan hüquqlarının vəziyyəti acınacaqlıdır

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin keçmiş üzvü, müxalifətdə olan Milli Şuranın fəalı Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində ölkədə insan hüquqlarının davamlı olaraq pozulduğunu, çoxsaylı siyasi məhbusların olduğunu bildirib.

Gültəkin Hacıbəyli: İnsan hüquqlarının vəziyyəti acınacaqlıdır
please wait

No media source currently available

0:00 0:07:51 0:00

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

“Azərbaycan Respublikasının Konstitutsiyasının 12-ci maddəsində həqiqətən göstərilib ki, Azərbaycan dövlətinin ali məqsədi insan hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Amma təəssüflər olsun ki, bu gün gerçəklik tamamilə fərqlidir. Konstitutsiyanın bu norması fiksiyadan başqa bir şey deyil”.

Bu barədə Gültəkin Hacıbəyli Amerikanın Səsinə müsahibəsində xarici işlər naizri Elmar Məmmədyarovun çıxışına münasibət bildirərkən deyib.

Keçmiş deputat hesab edir ki, Elmar Məmmədyarovun BMT-nin yüksək kürsüsündən hansı fikirləri səsləndirməsindən asılı olmayaraq obyektiv qiymətləndirmələr var.

“Dünyada insan hüquqları və azadlıqlarının vəziyyətini qiymətləndirən beynəlxalq təşkilatlar var. Bu qurumların hesabatlarına əsaslanaraq demək olar ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti nəinki qənaətbəxş deyil, acınacaqlıdır və dözülməz səviyyədədir”.

Onun fikrincə, bu gün Azərbaycan özünün insan hüquqları sahəsində heç vaxt yaşamadığı ən ağır durumu yaşayır.

“Bu gün Azərbaycanda siyasi məhbusların sayı toplam Avropa ölkələrindəki siyasi məhbusların sayından çoxdur. Mən buraya Rusiya və Belarusu da əlavə edirəm. Bax bu Azərbaycanda insan azadlığına, insan hüquqlarına verilən dəyərin ən bariz göstəricisidir. Azərbaycanda insanın ən önəmli hüququ söz azadlığı, fikir azadlığı qorunmur. Fərqli fikirliyə görə insanlar təqib olunur. Azərbaycanda medianın vəziyyəti bərbaddır”.

Bu gün Azərbaycanda siyasi məhbusların sayı toplam Avropa ölkələrindəki siyasi məhbusların sayından çoxdur. Mən buraya Rusiya və Belarusu da əlavə edirəm.

Keçmiş deputatın fikrincə, Azərbaycanda insan hüquqlarından danışarkən, insanın yaşamaq haqqı bu hüquqların ən vaciblərindəndir.

“Azərbaycanda minumum əmək haqqı 70 dollardan azdır”.

Xanım Hacıbəyli Elmar Məmmədyarovun Azərbaycan əhalisinin 80 faizinin internetdən sərbəst istifadə edə bilməsi fikri ilə qismən razıdır.

“Bu gün internet digər informasiya vasitələri ilə müqayisədə əhalinin əlində olan son imkandır. Bu imkan tam qapadılmayıb. Amma bu imkanın başqa problemlərlə qarşısı alınır. Birincisi Azərbaycanda internetin sürəti çox aşağıdır. Azərbaycanda yüzlərlə Facebook məhbusları var. Bu baxımından Azərbaycanda internet azadlığından danışmaq da mümkün deyil”.

Keçmiş deputat Facebook statusuna görə həbsdə olanlardan danışarkən deyib:

“Azərbaycanda sosial şəbəkədə status yazdığına görə 10 il müddətinə həbs edilmiş siyasi fəal Fuad Qəhrəmanlı nümunəsi var”, o qeyd edib.

Hacıbəyli qadın hüquqları və tolerantlıq barədə nazirin fikirlərinə münasibət bidlrirəkən deyib ki, Azərbaycanda qadınların ali təhsil alması, dini toerantlıq bir ənənədir.

“Eyni zamanda Azərbaycanda bir nəfər də olsun nazir qadın yoxdur”.

Beynəlxalq Birliyin reaksiyası həqiqətən adekvat deyil.

Dağlıq Qarabağla bağlı Elmar Məmmədyarovun dediklərinə gəlincə Hacıbəyli bu fikirləri dəstəkləyir.

“Beynəlxalq Birliyin reaksiyası həqiqətən adekvat deyil. Ermənistana Avropa Birliyi də, dünya ictimaiyyəti də daha sərt ciddi tələblər irəli sürə bilər”.

O eyni zamanda hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycan tərəfinin səyləri də yetərli deyil.

“Azərbaycanın dünya birliyinə inteqrasiya etmək əvəzinə, Avropa Birliyinin ona uzanan dost əlini geri çevirərək, özünü izolasiya etmə siyasəti aparması Dağlıq Qarabağ münaqişəsinin həllinə ən böyük zərbədir”, keçmiş deputat qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG