Accessibility links

Prokuror dini fəala 8 il həbs istəyib


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Müsəlman Birliyi Hərəkatının fəalı Əhsən Nuruzadəyə 8 il həbs istəyib.

Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim növbəti iclası martın 6-na təyin edib.

Əhsən Nuruzadə 2017-ci il oktyabrın 6-da narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Bu, 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Əhsən Nuruzadə 2015-ci il Nardaran hadisələri ilə əlaqədar həbs edilən dini fəalların hüquqi və ictimai müdafiəsinin koordinasiyası ilə məşğul olub. O, ittihamı qəbul etmir, sifariş hesab edir.

Əhsən Nuruzadə yerli hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.

XS
SM
MD
LG