Accessibility links

İslamçı fəal 7 il azadlıqdan məhrum edilib


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 7 il azadlıqdan məhrum edilib.

Hökmdən əvvəl Əhsən Nuruzadə son sözündə günahsız olduğunu deyib. O həbsinin gerçək səbəbinin ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olması, günahsız həbs edilən inanclı insanlara, o cümlədən Nardaran məhbuslarının ailələrinə maddi və mənəvi dəstək göstərməsi olduğunu bildirib.

Əhsən Nuruzadə oktyabrın 6-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə atıldığını bildirir.

Vəkil məhkəmnin hökmündən apellyasiya şikayəti veriləcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG