Accessibility links

Məzahir Pənahov Milli Şuranın mitinq çağırışına münasibət bildirib


Məzahir Pənahov
Məzahir Pənahov

“Təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Şuranın martın 10-na təyin etdiyi mitinqin seçkiqabağı təşviqatla bağlı olması barədə jurnalistlərin sualının cavabında bildirib.

Onun sözlərinə görə bu qanun pozuntusudur.

"Seçki ilə bağlı hərəkətlər MSK-nın səlahiyyətində olan məsələlərdir. Siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur".

Məzahir Pənahov hesab edir ki, siyasi partiyalar kifayət qədər təcrübəlidir.

"İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun".

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin edilib. Seçkiqabağı təşviqat isə martın 19-da başlayır.

Demokratik Qüvvələrin Milli Şurası aprelin 11-nə tәyin edilәn növbәdәnkәnar prezident seçkilərini boykot etmәk vә etiraz mitinqlәrinә başlamaq barәdә qәrar verib.

XS
SM
MD
LG