Accessibility links

Azərbaycan Səudiyyə Ərəbistanına raket hücumunu qınayır


El huracán Eta impactó el pasado martes con categoría 4 a la Costa Caribe de Nicaragua, dejando numerosas muertes y comunidades devastadas.
El huracán Eta impactó el pasado martes con categoría 4 a la Costa Caribe de Nicaragua, dejando numerosas muertes y comunidades devastadas.

“Səudiyyə Ərəbistanının şəhərlərinə edilən raket hücumlarını qınayırıq”.

Bu barədə Amerikanın Səsinin sorğusuna cavabda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yəmən ərazisindən Səudiyyə Ərəbistanına raketlərin atılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar mövqeyini dəfələrlə ifadə edib.

“Bu qəbildən olan hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Biz regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün siyasi-diplomatik səyləri daha da artırmağa çağırırıq”.

Martın 25-də Səudiyyə Ərəbistanı Yəmən tərəfindən bu ölkəyə 7 ballistik raketin atılması barədə məlumat yayıb. Raketlərin hamısı raket əleyhinə müdafiə sistemləri tərəfindən vurulub. Raketlərdən üçü paytaxt Ər-Riyad tərəfə istiqamətlənib, raketlərin bəzi qalıqları yaşayış evlərinə düşüb. Nəticədə Misir vətəndaşı ölüb, iki nəfər yaralanıb.

XS
SM
MD
LG