İranın prezidenti Həsən Ruhani martın 28-də Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat yayıb.
İki günlük səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçiriləcək.
Səfər zamanı iki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir.
Martın 29-da prezidentlər Neftçalada avtomobil zavodu və Astara-Astara dəmiryolu xəttinin açılışında iştirak edəcək.