Accessibility links

Tofiq Zülfüqarov: Regionda təhlükələr daha da artır [Video-müsahibə]


Tofiq Zülfüqarov: Regionda təhlükələr daha da artır
please wait

No media source currently available

0:00 0:06:04 0:00

Azərbaycanın keçmiş xarici işlər nazirinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Rusiya və İrana qarşı sanksiyaların genişləndirilməsinin regiona təsirlərindən danışıb.

Amerikanın Səsi: ABŞ-ın Rusiya və İrana qarşı sanksiyalarını genişləndirməsi regionda siyasi və iqtisadi münasibətlərə necə təsir edəcək?

İndiki mərhələdə Azərbaycan ilk növbədə öz siyasətini çox balanslaşmış şəkildə qurmalıdır

Tofiq Zülfüqarov: Əvvəlcədən qeyd eləmək lazımdır ki, bu iki ölkəyə qarşı sanksiyaların məqsədi, səbəbi müxtəlifdir. Bu baxımdan sanksiyaların tərkibi də, məzmunu da müxtəlifdir. O ki, qaldı region problemlərinə, bizim regionumuz həmişə maraqların toqquşan yeri olub. İndi də fövqəl dövlətlərin arasında maraqlar gərginləşib, bu maraqların toqquşması artıq reallığa çevrilib. Regionda olan təhlükələr daha da artır. İstisna etmək olmaz və hesab edirəm ki, indiki mərhələdə Azərbaycan ilk növbədə öz siyasətini çox balanslaşmış şəkildə qurmalıdır.

Amerikanın Səsi: ABŞ-ın sanksiyaları genişləndirməsi şəraitində Azərbaycan qonşuları ilə, xüsusilə Rusiya və İranla münasibətlərini necə qurmalıdır?

ABŞ-ın yeritdiyi siyasət bu və ya digər şəkildə nəzərə alınmalıdır. Eyni zamanda biz həmişə nəzərə almalıyıq ki, İran və Rusiya bizim qonşu ölkələrdir və onlarla tarix boyu qurulmuş əlaqələri qorumalıyıq.

Tofiq Zülfüqarov: Dediyim kimi balanslaşdırılmış siyasət olmalıdır. Yəni biz bu və ya digər addımı atanda əsas meyar o olmalıdır ki, Azərbaycanın xeyrinədir, yoxsa yox. Çünki Azərbaycan tarix boyu balanslaşdırılmış siyasət aparmağa çalışıb. Yəni təbii, fövqəl dövlətlərin təzyiqi, ABŞ-ın yeritdiyi siyasət bu və ya digər şəkildə nəzərə alınmalıdır. Eyni zamanda biz həmişə nəzərə almalıyıq ki, İran və Rusiya bizim qonşu ölkələrdir və onlarla tarix boyu qurulmuş əlaqələri qorumalıyıq. Yenə də deyirəm ki, ilk və yeganə meyar Azərbaycanın maraqları nəzərə alınmaqla balanslaşdırılmış siyasət münasibətlərin bünövrəsi hesab oluna bilər.

Amerikanın Səsi: Bu siyasi münasibətlərdir. Bəs, iqtisadi münasibətlər necə qurulmalıdır?

Böhran olan yerdə imkanlar da mövcuddur

Tofiq Zülfüqarov: Hesab edirəm ki, bu vəziyyətdə Azərbaycan üçün yeni iqtisadi imkanlar açılır. Çünki həmişə deyirdilər böhran olan yerdə imkanlar da mövcuddur. Bu baxımdan regional ticarətə, regional iqtisadi əməkdaşlığa, tranzit və transport əməkdaşlığına təbii ki, maraqlar və tələblər artacaq.

Amerikanın Səsi: Rusiya diplomatlarının ABŞ-dan və Avropa İttifaqının əksər ölkələrindən çıxarılması Rusiyanın hansı əks tədbirlərinə səbəb ola bilər. Rusiya-Qərb münasibətlərinin gərginləşməsi, Rusiyaya qarşı təcrid siyasəti şəraitində Azərbaycan xarici siyasət kursunda hansı dəyişikliklər etməlidir?

Xarici siyasətin əsas məqsədləri ondan ibarət olmalıdır ki, konfrantasiya olan tərəflərə öz maraqlarını, mövqeyini lazımı şəkildə çatdırsın.

Tofiq Zülfüqarov: Sualın birinci hissəsinə cavab olaraq demək lazımdır ki, təbii indi yaşanan böhran bu və ya digər şəkildə onun tendensiyası daha da dərinləşməsini göstərir. Bu baxımdan seçkilərdən sonra Rusiyanın rəhbərliyi seçim qarşısındadır. Ya Qərblə köhnə konfrantasiya (gərginləşmə) siyasətini davam etdirmək, ya da siyasətini dəyişib addım-addım bu gərginlikləri aradan götürmək. Yəni, mən şəxsən bundan başqa ayrı yol görmürəm. İndi Rusiya rəhbərliyi hansı yolu seçəcək? Regionda, digər yerlərdə siyasət bundan aslı olacaq. O ki, qaldı Azərbaycanın maraqlarına, bu böhranlı vəziyyətdə Azərbaycan maraqları önə qoyub ondan irəli gələn siyasəti qurmalıdır. Təbii ki, xarici siyasətin əsas məqsədləri ondan ibarət olmalıdır ki, konfrantasiya olan tərəflərə öz maraqlarını, mövqeyini lazımı şəkildə çatdırsın. Bu da Azərbaycan diplomatiyası üçün böhranlı, krizis bir vəziyyətdir. Çox fəal bir siyasət aparılmalıdır.

Amerikanın Səsi: ABŞ Azərbaycanın strateji tərəfdaşıdır. Eyni zamanda Rusiya və İran da Azərbaycanın qonşusudur. Bu üçbucaq daxilində Azərbaycan münasibətlərini necə qurmalıdır?

Azərbaycan öz maraqlarını müdafiə edə-edə yaranan gərginliklərin aradan götürülməsində yardımçı olmalıdır.

Tofiq Zülfüqarov: Azərbaycan öz maraqlarını müdafiə edə-edə, eyni zamanda imkan dairəsində bu yaranan gərginliklərin aradan götürülməsində yardımçı olmalıdır. Həm İran, Rusiya, həm də Qərb dövlətləri üçün bu və ya digər təkliflərin səslənməsi olsun ki, bu gərginlik aradan götürülsün. Artıq bu cür təcrübə var. Bildiyiniz kimi ABŞ-ın Baş qərargah rəisi və Rusiyanın Baş qərargah rəisi Azərbaycanda görüşürlər. İstisna etmirəm ki, gələcəkdə Azərbaycan bu imkanlardan istifadə edərkən bu və ya digər gərginlikləri aradan götürmək üçün öz vasitəçiliyi, ya da öz xoşməramlı xidmətlərini göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG