Accessibility links

Müxalifətin mitinqindən: Biz istəyirik Azərbaycan korrupsiya ölkəsi olmasın [Video & Fotoqalereya]


Milli Şura birgə mitinq keçirir

Müxalifət birgə mitinq keçirib

Müxalifət mitinqinin iştirakçıları korrupsiyaya, insan hüquqlarının pozulmasına, iqtisadi və sosial problemlərə, Qarabağ münaqişəsinin həll olunmamasına görə hakimiyyəti tənqid ediblər, həmçinin 11 aprel prezident seçkilərini boykota çağırıblar.

Mitinqdə çıxış edən AXCP lideri Əli Kərimli deyib ki, aksiya 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın 100 illiyinin qeyd edildiyi gündə keçirilir. Stepan Şaumyanın rəhbərliyi ilə Xalq Komissarları Soveti hökuməti və Daşnaksütyun erməni-millətçi partiyasının silahlı dəstələri Bakıda və qəzalarda on minlərlə azərbaycanlını qətlə yetirib.

"Erməni terroru bu gün də davam edir. 25 ildir ki, Qarabağ işğal altındadır", - Ə.Kərimli vurğulayıb.

O, hakimiyyəti işğal edilmiş əraziləri qaytarmaq üçün fəaliyyət göstərməməkdə, həmçinin Rusiyadan keyfiyyətsiz silahlar almaqda ittiham edib.

Ə.Kərimlinin fikrincə, hakimiyyət Rusiyadan belə silahlar almaqla faktiki olaraq siyasi havadarlığa görə onlara xərac ödəyir, Moskvanın Ermənistanın müttəfiqi olduğuna göz yumur.

Ə.Kərimli hakimiyyəti korrupsiyada ittiham edərək monopoliyanın başında İlham Əliyevin durduğunu deyib.

O, diqqəti 160-dan çox siyasi məhbusun olmasına yönəldib.

Ə.Kərimlinin fikrincə, İ.Əliyevin daha 7 il ölkəni idarə etməyə mənəvi haqqı yoxdur.

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzinin üzvü, iqtisadçı Vahid Məhərrəmli "iqtisadi inkişaf, iş yerlərinin açılmasına dair" statistikanın yalan olduğunu bildirib.

Əgər 3-4 il əvvəl ÜDM və dövlət büdcəsi müvafiq olaraq 75 mlrd. və 25 mlrd. dollar təşkil edirdisə, hazırda 40 və 10 mlrd. dollar təşkil edir.

O, prezident seçkilərini boykota çağırıb.

Müsavat Partiyasının lideri Arif Hacılı hakimiyyəti Qarabağ problemini həll etməyə qadir olmamaqda ittiham edib.

Onun sözlərinə görə, hökumət düzgün xarici siyasət yürütmür, buna görə Azəybaycanın beynəlxalq arenada mövqeyinə xələl gəlir.

A.Hacılının fikrincə, "Azərbaycan daha çox ofşorlarda pul qalmaqalı ilə bağlı şöhrətlənib".

"Hətta Kim Çen In dəyişdi, Çinə getdi, nüvə proqramına yenidən baxmağa hazır olduğunu bildirdi. Azərbaycan hakimiyyəti də dəyişməlidir, əks halda biz onu dəyişəcəyik", -A.Hacılı əlavə edib.

DQMŞ rəhbəri Cəmil Həsənli növbədənkənar prezident seçkilərini "məzhəkə" adlandırıb.

"Xalqın seçki hüququndan məhrum edilməsi ağır cinayətdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində İlham Əliyev respublikaçılıq ənənələrini tamamilə dağıtmaq istəyir",- o vurğulayıb.

Lakin demokratik qüvvələr buna qarşı mübarizəni davam etdirəcək, o vurğulayıb.

"Bu rejim dəyişməyənə qədər bizim mübarizə davam edəcək", -C.Həsənli bildirib.

Şəhər polisinin məlumatına görə, aksiyada 1200 nəfər iştirak edib.

Təşkilatçılar hesab edirlər ki, bu rəqəm bir neçə dəfə kiçildilib.

***

Müxalifətin birgə mitinqi başa çatıb.

Müxalifətin mitinqi başa çatdı
please wait

No media source currently available

0:00 0:00:51 0:00

Müxalifətin mitinqi başa çatdı
please wait

No media source currently available

0:00 0:00:42 0:00

***

Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib.

Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib
please wait

No media source currently available

0:00 0:01:17 0:00

Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib
please wait

No media source currently available

0:00 0:01:07 0:00

Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib
please wait

No media source currently available

0:00 0:01:36 0:00

Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib
please wait

No media source currently available

0:00 0:00:29 0:00

***

Müsavat başqanı Arif Hacılı çıxış edib.

Müsavat başqanı Arif Hacılı mitinqdə çıxış edib
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Müsavat başqanı Arif Hacılı mitinqdə çıxış edib
please wait

No media source currently available

0:00 0:01:36 0:00

Müsavat başqanı Arif Hacılı mitinqdə çıxış edib
please wait

No media source currently available

0:00 0:01:31 0:00

Müsavat başqanı Arif Hacılı mitinqdə çıxış edib
please wait

No media source currently available

0:00 0:01:29 0:00

***

Keçmiş siyasi məhbus Tofiq Yaqublu mitinqdə çıxış edib.

“2003-cü ildə Heydər Əliyevin vəsiyyəti ilə məmurlar yaralı Azərbaycanı İlham Əliyevin qarşısına atdılar.Onun ailəsinin, qohumlarının qarşısına atıblar.Bu illər ərzində bu ailə, bu komanda yaralı Azərbaycanı sökməklə, parçalamaqla məşğuldur.”

Bunu isə mitinqdə çıxış edən Müsavat Partiyası Divanın üzvi Tofiq Yaqublu deyib.

Tofiq Yaquboğlu daha sonra hakimiyyəti seçki saxtakarlığında ittiham edib.

Keçmiş siyasi məhbus Tofiq Yaqublu mitinqdə çıxış edir
please wait

No media source currently available

0:00 0:01:31 0:00

***

Mitinqin keçirildiyi məkandan verilən məlumata görə, ərazidə tez-tez internetdə kəsilmələr yaranır. Bu üzdən aksiyadan canlı yayımın verilməsində problem yaşandığı bildirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bununla bağlı hər hansı izahat verilməmişdi.

Müxalifətin mitinqi davam edir
please wait

No media source currently available

0:00 0:01:33 0:00

***

Vəkil Osman Kazımlı mitinqdə çıxış edib.

O, polislərə müraciət edib:

“Əzizlərim “ Polsi haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”

Vəkil Osman Kazımlı mitinqdə çıxış edir
please wait

No media source currently available

0:00 0:01:03 0:00

***

AXCP sədri Əli Kərimli mitinqdə çıxış edib. O, çıxışında hakimiyyəti sərt tənqid edərək, siyasi məhbuslara azadlıq tələb edib.

Əli Kərimli həm də hökuməti Rusiyadan yararsız silah almaqda suçlayıb.

Azərbaycanın Müdafiə Nazirliyi bu günlərdə bəyan edib ki, Rusiyadan alınan silahların yararsız olması haqda məlumatlar həqiqətə uyğun deyil.

Əli Kərimli mitinqdə çıxış edir
please wait

No media source currently available

0:00 0:01:36 0:00

Əli Kərimli mitinqdə çıxış edir
please wait

No media source currently available

0:00 0:01:21 0:00

Əli Kərimli Milli Şuranın mitinqində çıxış edir
please wait

No media source currently available

0:00 0:00:46 0:00

Əli Kərimli mitinqdə çıxış edir
please wait

No media source currently available

0:00 0:00:51 0:00

***

Mitinq iştirakçıları meydana toplaşmağa başlayır. Onların əllərində beynəlxalq hüquq-müdafiə təşkilatlarının siyasi məhbus saydığı şəxslərin şəkilləri var.

Qaldırılan şüarlarda həmin məhbuslara azadlıq tələb edilir.

Müxalifət birgə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:36 0:00

***

Martın 31-də Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirir.

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Mitinqdə «Azad seçki!», «Korrupsiyaya yox!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» kimi şüarların səsləndiriləcəyi bildirilir. Habelə, aksiyada 31 mart qırğınını pisləyən və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şüarların səslənəcəyi də açıqlanıb.

1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir. Bu il həmin hadisələrin 100 illiyi ilə bağlı ölkənin bir sıra yerlərində rəsmi və qeyri rəsmi anım mərasimlərinin keçirilməsi planlaşdırılıb.

Təşkilatçılar bildiriblər ki, mitinq 31 mart qırğınının 100 illiyinə düşdüyündən bu mitinqdə də həmin hadisələr xatırlanacaq.

Milli Şurası və Müsavat Partiyası son dövrlər ilk birgə mitinqi bu il martın 10-da keçiriblər. Onda “Azad seçki!», «Korrupsiyaya yox!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» kimi şüarlar səsləndirilib. Çıxışlarda növbədənkənar prezident seçkiləri ilə bağlı tənqidi fikirlər bildirilib.

Milli Şura birgə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:33 0:00

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək, onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də seçkiyə qatılmayıblar.

Azərbaycan rəsmiləri isə bəyan ediblər ki, ölkədə azad və ədalətli

eçkilərdən ötrü bütün imkanlar var.

Müxalifət birgə mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:22 0:00

Milli Şura mitinq keçirir
please wait

No media source currently available

0:00 0:00:42 0:00

XS
SM
MD
LG