Accessibility links

Cəmil Həsənli : Faktiki olaraq xalqın seçki hüququ mənimsənilib [Video-müsahibə]


Cəmil Həsənli : Azərbaycan əhalisi iştirak etmədiyi bir seçkinin nəticələrini tanımadığını hansısa formada ifadə etməlidir
please wait

No media source currently available

0:00 0:05:34 0:00

Cəmil Həsənli : Azərbaycan əhalisi iştirak etmədiyi bir seçkinin nəticələrini tanımadığını hansısa formada ifadə etməlidir

Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı danışıb.

Amerikanın Səsi: Milli Şura növbədənkənar prezident seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Seçkiləri boykot elan etməyinizin seçki prosesinə hansı təsirləri oldu?

Azərbaycan xalqı bu seçkini boykot etdi.

Cəmil Həsənli: İlk növbədə bu, alternativsiz seçki oldu. Yəni, tək Milli Şura deyil, digər müxalifət qüvvələri də bu seçki məzhəkəsində iştirak etməkdən imtina etdilər. Ölkənin aparıcı müxalifət qüvvələri, Milli Şura, Azərbaycan Xalq Cəbhəsi, Müsavat Partiyası, REAL Hərəkatı bu qəfil seçkiyə, bu alternativsiz seçkiyə qatılmaqdan imtina etdilər. Birinci dəfədir ki, əsas müxalifət qüvvələri yekdil şəkildə, hətta fəaliyyətlərini koordinasiya etmədən bu seçki rəzalətində iştirak etməkdən imtina etdilər. Ən mühüm nəticə ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkini boykot etdi. Yəni, Mərkəzi Seçki Komissiyasının verdiyi rəqəmlər tamamilə saxta rəqəmlərdir. Orada 70 faizə qədər seçici fəallığı haqqında rəqəmlər səsləndirilib. Hətta total karusel oyunu belə mənzərəni dəyişə

Biz kütləvi aksiyaları davam etdirəcəyik.

bilmədi. Bütövlükdə seçicilər, Azərbaycan xalqı bu seçkini boykot etdi.

Amerikanın Səsi: Bundan sonra müxalifət qüvvələri mübarizəsini hansı müstəvidə davam etdirəcək?

Cəmil Həsənli: Bu saxta seçkilərin nəticələrinə qarşı mübarizə, əlbəttə, qanun çərçivəsində, Azərbaycan Konstitusiyasının yol verdiyi bütün vasitələrlə bu seçkilərə qarşı mübarizə aparılacaq. İstər kütləvi aksiyalar vasitəsi ilə, istər mətbuat səhifələrində, sosial şəbəkələrdə, insanlarla birbaşa ünsiyyətdə bu saxta seçkilərin nəticələrinə qarşı mübarizə aparılacaq. Bizim məqsəd və məramımız ondan ibarətdir ki, Azərbaycan əhalisi iştirak etmədiyi bir seçkinin nəticələrini tanımadığını hansısa formada ifadə etməlidir. Bunun da ən mümkün yolllarından biri kütləvi aksiyalardır. Biz kütləvi aksiyaları davam etdirəcəyik.

Amerikanın Səsi: Müxalifətin seçki taktikasında dəyişikliklər etməsinə ehtiyac varmı?

Cəmil Həsənli: Seçki elə bir prosesdir ki, nə qədər yaxşı taktika tətbiq etsən, nə qədər təkmilləşmiş variantlardan istifadə etsən, bir o qədər məqbuldur. Amma ilk növbədə seçki qanunvericiliyi ilə bağlı məsələlər dəyişilməlidir. Venesiya Komissiyasının çoxlu təklifi olmuşdu. Faktiki olaraq dünənki seçkilər 2013-cü il seçkilərini 50 faiz saxtalaşdırmış komissiyaların iştirakı ilə keçirildi. Heç bir halda bu, seçkilərin nəticələrinə etimad ola bilməz, çünki 58 faiz saxtalaşdırmadan sonra seçki komissiyalarının dəyişdirilməsi, təkmilləşdirilməsi, gerçək müxalifət qüvvələrinin ora cəlb edilməsi istiqamətində faktiki olaraq heç bir addım atılmadı. 58 faiz seçki saxtakarlığına gətirib çıxarmış komissiyaların üzvlərinin cəzalandırılması istiqamətində heç bir addım atılmadı. Ona görə də bu komissiyanın, yəni, 5 il əvvəl seçkilərin yarıdan çoxunu saxtalaşdırmış bir komissiyanın nəticələri ilə razılaşmaq olmaz. Ona görə də Milli Şura əlində olan bütün vasitələrlə mübarizə aparacaq. Azərbaycan əhalisini, vətəndaşları, seçiciləri buna səfərbər edəcək. Çünki bu prosesdən ziyan çəkən həm də Azərbaycan xalqıdır. Konstitusiyanın 1-ci maddəsinə görə, Azərbaycan xalqı seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edilib. Faktiki olaraq xalqın seçki hüququ mənimsənilib. Bu da Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə, xalqa qarşı törədilmiş ən böyük cinayətdir.

Amerikanın Səsi: Beynəlxalq birliyin Azərbaycandakı seçki prosesinə münasibətini necə qiymətləndirirsiniz?

Azərbaycan hakimiyyəti sosial-iqtisadi həyatda deyil, artıq seçki korrupsiyası ilə dünyada məşhur olan bir hakimiyyətdir.

Cəmil Həsənli: Beynəlxalq birliyin münasibəti deyəndə, hazırda Azərbaycan hakimiyyətinin mahiyyəti haqqında beynəlxalq birlikdə elə şübhə yoxdur. Son bir neçə gün beynəlxalq mətbuatın materiallarına diqqət yetirsəniz burada Vaşinqton Post, Nyu-York Tayms, Le Mond, Liberrasion, Frans Press kimi dünyanın böyük media qurumlarımdan söhbət gedir ki, onlar ictimai rəyi formalaşdırır. Mənzərə ortadadır. Azərbaycan hakimiyyətinin keçirdiyi seçkilərə heç bir etimad yoxdur. Lağa qoyulur. Hətta Rusiya mətbuatında belə Azərbaycan hakimiyyətinin keçirdiyi saxta seçkilər, qəfil seçkilər, alternativsiz seçkilər lağa qoyulur. Azərbaycan hakimiyyəti sosial-iqtisadi həyatda deyil, artıq seçki korrupsiyası ilə dünyada məşhur olan bir hakimiyyətdir. Dəhşətli burasıdır ki, bizim ölkədə çox geniş seçki korrupsiyası da fəaliyyət göstərir. Bu korrupsiyanın başında da bütün korrupsiya istiqamətlərində olduğu kimi İlham Əliyev dayanır.

Qeyd: Azərbaycan hakimiyyəti və Mərkəzi Seçki Komissiyası seçkilərin azad, demokratik keçirildiyini bildirirlər. Rəsmi Bakı seçki, o cümlədən azadlıqlarla bağlı tənqidləri qəbul etmir və ölkədə bütün fundamental azadlıqların təmin olunduğunu bəyan edir. Hakimiyyət korrupsiyaya qarşı yüksək səviyyədə mübarizə aparıldığını və günahkar şəxslərin cəzalandırıldığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG