Accessibility links

İraq məhkəməsi 3 azərbaycanlı qadına ölüm hökmü çıxarıb


“İraqda olan azərbaycanlıların məsələsi Azərbaycanın İraq səfirliyinin daimi diqqət mərkəzindədir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

İraqın “Al-Sumaria” telekanalı İraqın Mərkəzi Cinayət Məhkəməsinin İŞİD terror təşkilatı ilə bağlılığa görə 3 azərbaycanlı qadın barəsində ölüm hölkmü çıxarması barədə xəbər yayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Azərbaycanın İraqdakı səfirliyi istər İraqda olan azərbaycanlı qadınların vətənə gətirilməsi, istərsə də bu yaxınlarda ölüm hökmü çıxarılmış 3 azərbaycanlı qadının məsələsilə məşğuldur.

“Hələlik bu sahədə yeniliklər yoxdur, amma Azərbaycanın İraqdakı səfirliyi məsələlərin həllilə bağlı istər İraq hakimiyyəti, istərsə də İraq hüquq-mühafizə orqanları ilə sıx təmasdadır və bu təmaslar davam etməkdədir”, mətbuat xidmətinin rəhbəri bildirib.

2017-ci ilin sonlarında İraqın “İraq-Şam İslam Dövləti” adlı qruplaşmadan təmizlənən ərazilərində azərbaycanlı uşaqlar tapılmışdı, həmin uşaqlardan biri olan Abdulla Azərbaycan gətirilib. Eyni zamanda bu il aprelin 5-6-da Bakıda keçirilən Qoşulmama Hərkatının konfransında İraq rəsmisi ölkəsində azərbaycanlı qadınların olması barədə məlumat verib.

XS
SM
MD
LG