Accessibility links

AŞPA deputatları korrupsiyada şübhəli bilinir


AŞPA-da müzakirə (Foto azadliq.info saytınındır)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir sıra keçmiş və hazırki üzvləri böyük ehtimalla Avropada Azərbaycan hakimiyyətinin maraqlarını təşviq etmək üçün rüşvət alıb.

Bu iddia aprelin 22-də bir qrup müstəqil ekspert tərəfindən dərc edilmiş məruzədə yer alır. (​http://assembly.coe.int/Communication/IBAC/IBAC-GIAC-Report-EN.pdf)

Xüsusən, sənəddə Bundestaqın keçmiş deputatı Eduard Lintnerin adı çəkilir. O, 1999-2010-cu illərdə AŞPA üzvü olub. Məruzə müəllifləri Xristian Sosial İttifaqın nümayəndəsini Azərbaycanın "əsas lobbiçisi" adlandırır. 2012-ci ildən 2014-cü ilə qədər alman siyasətçiyə Böyük Britaniyada qeydiyyatdan keçirilmiş saxta firmalar vasitəsilə Bakıdan 819 min avrodan çox vəsait köçürülüb. Öz növbəsində, Lintner özü iddia edir ki, Bakıda yerləşən qeyri-hökumət təşkilatından pul alıb.

Daha bir şübhəli şəxs Xristian Demokrat İttifaqının nümayəndəsi Karin Ştrensdir (Karin Strenz). Məruzə müəlliflərinin fikrincə, Lintner onu özünə məxsus Line M-Trade konsaltinq şirkəti vasitəsilə işə götürüb. Bu şirkət Bakıdan maliyyələşirdi və Azərbaycanın maraqlarının təşviqi ilə məşğul olurdu. Sonrada Ştrens bildirib ki, şirkətin maliyyə mənbəyini bilimirdi.

"2 mln. avrodan çox rüşvət alınıb. Məruzədə İtaliyalı siyasətçi Luka Volontenin adı da çəkilir. AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının keçmiş rəhbəri barəsində 2016-cı ilin sonlarında Azərbaycan nümayəndələrindən rüşvət alma şübhəsi ilə ilkin araşdırma başlamışdı. Daha əvvəl, 2015-ci ilin yanvarında AŞPA Azərbaycanda siyasi məhbuslar haqqında tənqidi qətnaməni qəbul etməmişdi. Volontenin bu vəziyyətdə mühüm rol oynadığı ehtimal olunur", deyə məruzə müəllifləri qeyd edir.

Bununla yanaşı, rəsmi Bakı və adı hallanan AŞPA üzvləri hələ məruzəyə münasibət bildirməyib.

XS
SM
MD
LG