Accessibility links

Əshabəli Mustafayev: Avropa Məhkəməsi ilə sıx işləməyimiz qıcıq oyadır [Audio-müsahibə]


Vəkil Əshabəli Mustafayev məhkəmə zalında
Vəkil Əshabəli Mustafayev məhkəmə zalında

Vəkil Əshabəli Mustafayevin Amerikanın Səsinə müsahibəsi

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində vəkillik fəaliyyətinin dayandırılmasının səbəblərindən danışıb.

please wait

No media source currently available

0:00 0:07:43 0:00

Amerikanın Səsi: Vəkillər Kollegiyası sizin və vəkil Nemət Kərimlinin vəkillik fəliyyətinə bir illik qadağa qoyub. Buna səbəb nədir?

Bu qərarı alandan sonra məhkəməyə müraciət edəcəyik.

Əshabəli Mustafayev : Buna Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun şikayəti səbəb olub. Həmin şikayət Vəkillər Kollegiyasına keçən ilin oktyabrında göndərilib. Şikayətdə göstərilir ki, mən konkret faktlara istinad etmədən öz müsahibələrimdə Gözəl Bayramlının (AXCP sədrinin həbsdə olan müavini-red) işini siyasiləşdirmişəm. Sübutların olmamasını bəyan eləmişəm və bununla da istintaqa təsir eləməyə səy göstərmişəm. Bu şikayətə baxıldı və Vəkillər Kollegiyası şikayətdə göstərilənlərin təsdiq olunduğu qərarına gələrək həm mənim, həm də Nemət Kərimlinin vəkillik fəliyyətinin 1 illik dayandırılmasına dair qərar qəbul etdi. Nemət Kərimli barəsində şikayət jurnalist Əfqan Muxtarlının işi ilə bağlı idi. Bu şikayətdə də həmin qaydada istintaqa təsir eləmək göstərilmişdi. Hələ Vəkillər Kollegiyasının qərarının tam mətni yoxdur. Bu qərarı alandan sonra məhkəməyə müraciət edəcəyik.

Amerikanın Səsi: Siz və Nemət Kərimli Vəkillər Kollegiyasının iclasında iştirak edirdiniz? Arqumentləriniz nədir?

Hər bir şəxs üşün, o cümlədən vəkil üçün ifadə azadlığı deyilən bir məfhum var.

Əshabəli Mustafayev: Mənim arqumentlərim odur ki, əgər o sözümlə istintaqa doğurdan da təsir eləmişəmsə istintaq orqanı da müəyyən tədbir görə bilərdi. Yəni istintaqdan kənarlaşdıra bilərdi. Digər tədbirlərə əl ata bilərdi. Vaxtında tədbir görə bilərdi. Halbuki artıq iş məhkəməyə gedəndən sonra şikayətin edilməsi başa düşülən hal deyil. Həm də hər bir şəxs üşün, o cümlədən vəkil üçün də ifadə azadlığı deyilən bir məfhum var. Vəkil də o hüquqlardan istifadə edib öz fikirlərini deyə bilər. Özü də ki, mənim o müsahibələrimdə olan əsaslandığımız fikirləri biz sadəcə jurnalistlərə demirik. O cümlədən də məhkəmə, istintaq sənədlərində öz əksini tapır. Biz şikayətlər veririk, bu barədə deyirik ki, sübut yoxdur, sübutlar təhrif olunub, saxtalaşdırılıb, siyasi fəaliyyətinə görə həbs olunub. Bunu açıq-aydın məhkəmədə də, istintaq da deyirik. Bu necə qanun pozuntusu sayıla bilər? Bundan niyə istintaq şikayət etmirdi? Başa düşülən deyil.

Amerikanın Səsi: Sizcə bunun əsl səbəbləri nədir?

Həm mənim, həm də Nemət Kərimlinin fəaliyyəti onları qıcıqlandırıb.

Əshabəli Mustafayev: Əsl səbəbləri əlbəttə, bizim fəaliyyətimiz prokurorluğu qıcıqlandırır. Bu da başa düşülən amildir. Çünki biz çəkişən tərəflərik. Həmişə bir-birimizə mövqelərimizin zəif olmasını vurğulamalıyıq. Əgər vəkil istintaqdan şikayət etmirsə, vəsatətlər vermirsə burada nə vəkillik fəaliyyəti ola bilər?

Digər tərəfdən də biz ictimiayyətin çox marağında olan işlərdə iştirak edirik. O cümlədən Baş Prokurorluğun apardığı işlərdən şikayətlər veririk. O cümlədən Avropa Məhkəməsinə, mənim apardığım bir çox işlərdə, özü də ağır maddə ilə olan yaşayış hüququnun pozulması, işgəncələrlə bağlı Avropa Məhkəməsi qərarlar qəbul edib, insan hüquqlarının pozuntusunu tanıyıb. Burada da daha çox adı hallandırılan prokuror orqanları olub. Bu da onları qıcıqlandırır. Həm mənim, həm də Nemət Kərimlinin fəaliyyəti onları qıcıqlandırıb.

Amerikanın Səsi: Siz Avropa Məhkəməsində 134 işi udubsunuz və burada prokurorluğun, məhkəmə orqanlarının qərarlarına əksi görünüb. Ola bilərmi, bu hallar sizinlə bağlı şikayətlərdə əsas rol oynayıb? Eyni zamanda çəkişən tərəflərdən biri digərini prosesdən uzaqlaşdırırsa, bəs vəkil özünü necə müdafiə etməlidir?

İndiyə qədər Avropa Məhkəməsində mənim 136 işim üzrə qərarlar qəbul olunub. Göndərdiyim işlərimin sayı artıq 400-ə yaxınlaşır. Bu böyük rəqəmdi. Bu heç bir Avropa ölkəsində olmayan rəqəmlərdi.

Əshabəli Mustafayev: Düz buyurursunuz. Demək bizim Avropa Məhkəməsi ilə sıx işləməyimiz bir çox təşkilatlarda, orqanlarda qıcıq oyadır. O cümlədən də qərarlarda adları hallanan təşkilatlardan böyük məbləğdə kompensasiyalar ödənilir. İndiyə qədər Avropa Məhkəməsində mənim 136 işim üzrə qərarlar qəbul olunub. Göndərdiyim işlərimin sayı artıq 400-ə yaxınlaşır. Bu böyük rəqəmdi. Bu heç bir Avropa ölkəsində olmayan rəqəmlərdi. Ona görə də bunun qıcıq yaradılması aydındır. Vəkilin özünün müdafiəsinə gəldikdə isə bayaq qeyd etdim ki, qanunda belə qərarlardan şikayət vermək nəzərdə tutulur. Əlbəttə şikayətimizi verəcəyik. Əgər milli məhkəmələrdə uğur qazana bilməsək göndərəcəyik Avropa Məhkəməsinə. Artıq bildiyiniz kimi aprelin 19-da Avropa Məhkəməsi iki hüquqşünasın işi üzrə, - Ənnağı Hacıbəyli və İntiqam Əliyevin işi üzrə qərarlar qəbul edib. Onların da 2008-ci ildə söylədikləri tənqidi çıxışlarına görə Vəkillər Kollegiyasına qəbul olunmaması insan hüquqlarının pozuntusu, yəni fikir azadlığının pozuntusu kimi tanınıb.

Amerikanın Səsi: Elə bu gün Əfqan Muxtarlının məhkəməsidir. Sizin müdafiə elədiyiniz Gözəl Bayramlı isə Ali Məhkəməyə kasassiya şikayəti vərəcəyini bildirib. İndi sizin müdafiə etdiyiniz şəxslərin müdafiəsi necə olacaq?

Əshabəli Mustafayev: Çox təəssüf ki, belə qərar qəbul olundu. Qərar dərhal qüvvəyə mindi. Sadəcə bir sıra işlərdə iştirak edə bilməyəcəm. Digər işlər başqa vəkillər tərəfindən davam etdirilməlidir.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Mən çox istərdim ki, bu təşkilatlar başa düşsünlər ki, vəkillər aktiv olmalıdır, istintaq orqanlarından çəkinməməlidir, öz sözünü deməlidir.

Əshabəli Mustafayev: Vəziyyətdən çıxışı demək mənə çətindir. Bu çıxış vəkillərdən asılı deyil və bu çıxış şikayət edənlərdən, qərar qəbul edən təşkilatlardan aslıdır. Yəni mən çox istərdim ki, bu təşkilatlar başa düşsünlər ki, vəkillər aktiv olmalıdır, istintaq orqanlarından çəkinməməlidir, öz sözünü deməlidir. Vəkil müdafiə etdiyi şəxsin bütün mənafeyinin təmin olunması üçün çalışmalıdır, bundan şikayət verməlidir, ictimaiyyətə müraciət etməlidir.Bütün təşkilatlar qəbul etməlidir ki, müdafiə belə qurulur. Nə qədər ki, bu, vəkil fəaliyyətinin bir hissəsi kimi qəbul olunmur, belə davam edəcək. Əvvəllər vəkillərə qarşı belə olub, təəssüf ki indi də davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG