Accessibility links

İlham Əliyev Londona səfər edib


İlham Əliyev Londonda
İlham Əliyev Londonda

Prezident İlham Əliyevin prezident seçkilərindən sonra aprelin 26-da ikinci xarici səfərini Böyük Britaniyaya edib. ƏIliyev aprelin 24-də ilk səfərini Türkiyəyə edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Əliyevi Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinə dəvət edib.

Bu gün Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb.

“Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Prezident Əliyev həmçinin Britaniyanın Avropa və Amerika məsələləri, ticarət və ixracın təşviqi üzrə dövlət nazirləri, hökumətlərarası komissiyanın həmsədri, Britaniya parlamentinin bir qrup üzvü ilə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG